Vahid Ələkbərov neftin bahalaşacağını proqnozlaşdırır

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, şimal qonşumuzun aparıcı neft və təbii qaz şirkətlərinin rəhbərləri 2019-cu il üçün dünya xammal bazarındakı qiymətlərə dair proqnozlarını açıqlayıblar.

"RBK"-ya açıqlama verən "Rosneft"in rəhbəri İqor Seçin gələn il neftin qiymətinin bir barrel üçün 50-53 dollar civarında dəyişəcəyini deyib. Ancaq ondan fərqli olaraq, "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərov daha optimist proqnoz verib. Həmyerlimiz hesab edir ki, 2019-cu ildə neftin qiyməti stabilləşəcək və "qara qızıl" 60 dollardan baha satılacaq.

İqor Seçin neftin hazırkı ucuzlaşma tendensiyasını ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması ilə əlaqələndirib.

Xatırladaq ki, dekabrın əvvəllərində OPEK ölkələrinin gündəlik neft hasilatını 1.2 milyon barrel azaltmaq qərarından sonra qiymətlər 60-61 dollar ətrafında qərarlaşsa da, son günlər 3 ilin antirekordu müəyyənləşib və neft 47 dollara qədər ucuzlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar