“Ölkədə inhisarçılığa dair bir fakt göstərsəniz, mən istefa verərəm” - Səfər Mehdiyev

"Azərbaycanda inhisarçılıq yoxdur". “Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.

"Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir”.

DGK sədri inhisarçılığa dair  bir faki göstərən olacağl təqdirdə istefaya gedəcəyini bildirib: "Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik”.

635x100

Şərhlər

Mühəndis B 2018-12-27 13:08:34

İnhisara QADAGAlar əlavə olunmalıdır. Xüsüsilə qarışıq уagların, süni ərzaq çeşidlərinin, vurulmuş və 7 ildən çox işlədilmiş avтomobillərin və digər тexniki vasiтələrin idxalına AQТA, SтandarlaşmaA, Səhiууə, Fovqəladə, Ekologia və digər nazirliklər nail olmalıdırlar.

Vahid 2018-12-27 13:08:34

Əgər həqiqətən Gömrükdə inhisarçılıq və rüşvətxorluq yoxdursa, nəyə görə ölkəyə gətirilən kərə yağlarının qiymətləri kəlləçarxa qalxır? Gürcüstanla müqayisədə ölkəmizə gətirilən kərə yağlarının qiymətində böyük fərq var.Bəlkə də bizim kərə yağ idxalçılarımız, kərə yağını yerindən gürcülərdən də ucuz qiymətə alırlar. Bu fürsətçilikdə kimdir günahkar? Yaxşı olar ki, ölkəyə gətirilən palma yağlarına yüksək gömrük rüsumları tətbiq olunardı və millətin bu ziyanlı yağdan canı qurtarardı.

rasim 2018-12-27 13:08:34

Gürcüstanda armaturun tonu 370 dol. bizdə isə 700-800 dollar arasındadır. Bunun səbəbini xahiş edirəm mənə başa salın.

Sədi 2018-12-27 13:08:34

Bananı heç kim istəsə də gətirə bilməz. Çünki 25 ildir onu gətirənlər milyardlar qazanıb. İndi kimsə gətirsə başqa yolla onu vuracaqlar bonkrot olacaq. Ona görə yeni bir kimsə bananı gətirəsi deyil. Eləcə də o biri daxil olunan mallar. Yad adam ora girə bilməz siz icazə versəniz də. Həm də baxır siz necə icazə verəcəsiniz. Kimə necə?

rasim 2018-12-27 13:08:34

100 faiz monopoliyadır. ona görədə 1 faizi göstərmək olmur.

çina 2018-12-27 13:08:34

Çox ..... kökünüz kəsilsin inşallah!

miri 2018-12-27 13:08:34

Görən biz milləti "kor hesab edirlər, yoxsa özləri "gözü açıq kor" dular? Balıqin şor olmağın korda bilir-atalar sözü.

Arif 2018-12-27 13:08:34

Cənab nazir tamamilə doğru söyləyir tək əllərdən başqa kimdə pul varki nə isə edə bilsin.

t.ədalət 2018-12-27 13:08:34

Səfər müəllim,Siz çox gözəl işləyirsiniz.Ancaq elə inhisarçılar var ki,onlara heç kim mane ola bilmir.Məsələn,"Azərsun"un şefi A.Koozl təbii məhsulların ölkəyə gətirilməsinə "stop" qoyub.Xaricdən gətirilən kərə yağlarının və digər təbii ərzaq məhsullarının qiymətlərinin bahalanması,məgər, onun inhisarçılığından başlamır?Məcburiyyət qarşısında "Azərsun"un istehsal etdiyi məhsullarla qidalanan əhali kütləvi şəkildə şəkər və ürək-damar xəstəliklərinə məruz qalır.Koozl gələnədək bu xəstəliklər çox az olub.

investor 2018-12-27 13:08:34

Gömrük sistemi ötən illərə nisbətən həqiqətən çox təkmilləşdirilib.Lakin..Lakin hər sistemi bir gündə bərbad edə biləcək kadrlar hələ də orda oturub.Məsələn, bank vasitəsilə ödənişlər 1 gün sonra(!) gömrüyə çatır, inspektor ASAN İMZA ilə imzalanmış, bank tərəfindən təsdiqlənmiş ödəniş tapşırığını qəbul etmir, ki pul oturmalıdır, birdən gömrüyə atarsan.Dünənə qədər hər sənəddən 50-100 AZN alan, bu gün maaşa oturan inspektor sahibkarı parçalamağa hazırdır. Bu da bu millətin bəlasıdır, S.Mehdiyev nə etsin?

Son yazılar