"GÖMRÜKDƏ İNHİSARÇILIĞIN YENİ NÖVÜ TƏTBİQ EDİLİR" - Ekspertlər komitə sədrinin fikirlərini alt-üst etdi

 

"Bu inhisarçıları da ancaq komitə rəhbərliyi bilir"

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılıq olmadığını bəyan edib. Bu barədə o, dekabrın 27-də kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.

Komitə sədri bildirib ki, ölkədə inhisarçılığın olduğunu deyənlər fakt göstərsinlər: “Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin”.

Səfər Mehdiyevin sözlərinə görə, Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir”.

Komitə sədri deyib ki, inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcək: “Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Biz inhisarçılığı deyil, daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib”.

İqtisadçı-alim, keçmiş deputat Nazim Bəydəmirli isə mediaya açıqlamasında Azərbaycanda inhisarçılığın yeni formasının tətbiq olunduğunu bildirib.

Nazim Baydəmirli

Nazim Bəydəmirli deyib ki, xarici iqtisadi əlaqələrlə məşğul olan istənilən adi sahibkarın gətirdiyi malın ödədiyi vəsaiti bank hesabı ilə olsa da belə müvafiq komitə invoysları qəbul etmir:  “Səbəb göstərirlər ki, bu, bazar qiymətindən aşağı olduğundan yeni invoys tətbiq edəcəklər. Digər inhisarçı şirkət malı neçəyə alsa da, hətta invoysları dəyişdirsə də, onunku “yaşıl xətt”lə keçir. Beləliklə, adi sahibkarın gətirdiyi maldan gömrük rüsumu və əlavə dəyər vergisi daha çox tutulur, inhisarçı şirkətlərdən isə əksinə, az alınır. Əslində, brokerlərin komitədən nümayişkəranə şəkildə kənarlaşdırılması inhisarçılığın bitməsi anlamına gəlmir. Bu mənada inhisarçılığın yeni növü tətbiq edilib”.

Nazim Bəydəmirli dediklərini isbatlamaq üçün misallar çəkərək bildirib ki, sahibkar Rusiyadan Azərbaycan üzərindən İrana taxta göndərir. Bir vaqon burda qeydiyyatdan keçməsi adi şirkətə 2500 dollara başa gəlirsə, inhisarçı şirkətə 1500 dollara başa gəlir.

Digər bir misal olaraq deyib ki, İrandan armatur idxal edən adi şirkətə, qonşu ölkədə yerli valyutanın devalvasiyasına görə mal dollar ekvalentində ucuz başa gəlir. Fiziki və hüquqi şəxs buna 370 dollar ödəyibsə, üstəlik 30-35 dollar nəqliyyat xərcləri çəkibsə, təxminən 410 dollara Azərbaycana çıxır. Amma gömrük rəsmiləşdirilməsi zamanı alış qiymətinə istinad edilmir və 500 dollardan qiymət qoyub süni qiymət artımı yaradırlar.

Daha bir misal kimi o, idxal olunan malın beynəlxalq kodunun olmasına, bu kodun invoys və bəyannamə sənədlərində necə olmasına baxmayaraq gömrük komitəsinin onu 5, 10, 15 faiz gömrük rüsumları ilə rəsmləşdirməsini həyata keçirdiyini deyib: “Sahibkar da heç nəyi sübut edə bilmir. Bəlli məsələdir ki, inhisarçı şirkət gömrük rüsumu olan malları 5 faiz, adi sahibkar ən yaxşı halda 10 faizə rəsmiləşdirəcək. Beləliklə bu yeni inhisarçılıq da belə həyata keçiriləcək. Bu inhisarçıları da ancaq komitə rəhbərliyi bilir. Sahibkar da onunla rəqabətdə olan şirkətin hansı rüsum ödədiyini öyrənə bilmir, çünki kommersiya sirri var deyib o məlumatları vermirlər”.

Sabiq deputat hesab edir ki, tam şəffaflığın yaradılması üçün Dövlət Gömrük Komitəsi ləğv olunmalıdır.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli müvafiq qanunvericiliyi xatırladaraq bildirib ki, hər hansı bir bazar seqmentində 30 faizdən yuxarı pay sahibi olan şirkət varsa, bu, artıq inhisarçı sayılır. Beləliklə, antiinhisar qanunvericiliyi həmin şirkətə tətbiq olunmalıdır : “Əgər hörmətli komitə sədri Mehdiyev bazarı araşdırsa, bəzi şirkətlərin hegemonluğunu görər. Məsələn, “Azərsun” şirkəti çay bazarının az qala 90 faizinə nəzarət edir ki, bu, inhisar deməkdir. Yaxud kərə yağı gətirən ticarət şirkətləri var, bunlar ən azı 40 faiz paya sahibdirlər. İmişli rayonundakı Şəkər Zavodu eyni qaydada inhisarçı sayılır. İnhisarçılıq o demək deyil ki, sərhəddə hər hansı formada əlisilahlı adamlar dayanıb mal gətirən sıravi sahibkara imkan vermir. İnhisarçılıq bazar payı ilə ölçülür və rəsmi məlumatlarda da hansı şirkətlərin hansı paya malik olması öz təsdiqini tapır”.

Natiq Cəfərli təklif edib ki, Səfər Mehdiyev inhisarçı axtarırsa, komitənin Analitik Şöbəsinə tapşırıq versin, qoy, bu qurum bazar araşdırması aparsın ki, ölkəyə gətirilən məhsulun növləri üzrə hansı şirkətlər neçə faizlik paya sahibdirlər: “Bundan sonra siyahını götürüb inhisarçıların adlarını tapa bilər. Qeyri-rəsmi yol da var. Daha çox misallardan biri bananla bağlıdır. Araşdırsalar bu malı nə qədər şirkət gətirir. Yəni məhsul növləri və ayrı-ayrı seqmentlər üzrə çox asanlıqla komitənin rəqəmləri əsasında inhisarçıların kimlərdən ibarət olduğunu müəyyənləşdirə bilərlər”.

635x100

Şərhlər

Samir 2018-12-27 17:34:28

Səfər kimdir axı, kukla.

fərrux 2018-12-27 17:34:28

Nazim müəllim haqlıdır:DGK ləğv olunmalı və Cəmşid Dərələyəzlinin təklif etdiyi variant tətbiq olunmalıdır.

Abdulqadir 2018-12-27 17:34:28

Ha buda sene subut.Haydi istefaya.Bizlerde sözünü yeyenler son vaxtlar choxalsada xalq terefinden icad olunmush ad sözünü cheynediyine göre istemese bele avtomatik olaraq möhürlenir alnina.

Zeynal 2018-12-27 17:34:28

Yalan deyir cözünün icine kimi.Men türkiyeden kend teserrüfatı ücün dezcah cetirdim 600$ ra almişdim 108$dollar evezine 4000azn den cox pul aldılar.Maliyenin reisi istediyi kimi giymet goyur.Hamısı fırıldagcıdılar.kasıbın pulunu menimsemekden başga bir şey bilmiller.

Atalar sözü 2018-12-27 17:34:28

AVZUN YAXÇUDUR, OXUDUĞUN QURAN YA DA HEÇ OLMASA MUĞAM OLSA.

Cəmşid Dərələyəzli 2018-12-27 17:34:28

Fərqinə varırsınızmı Səfər müəlim sadəcə şou yapır. İstənilən vətəndaş sadəcə bircə gün Bakı Baş Kömrük idarəsinə getsə, orada Səfər müəllimin bütün oyunlarının şahidi olacaq. Sahibkarların gətirdikləri invoyslar kor-koranə 3 dəfə bəzən beş dəfə artırılır. Adını da qoyur tənzimləmə. Tənzimləmənin mahiyyəti ölkədə istehsal olunan və yaxud təlabatı yüksək olan malların sabitliyini qorumaqdır. Həlli kömrük komitəsi ləğv olunmalı, uçotu Vergilər nazirliyinə, sahibkarla iş isə Asan Xidmətə verilməlidir.

Elbrus 2018-12-27 17:34:28

Allahşükür də vicdanın nə olduğunu hələ bilmir...

TARİX 2018-12-27 17:34:28

SƏFƏR MÜƏLLİM İNHİSARCILIQ YOXSA NİYƏ BİZDƏ YAĞIN,BANANIN,DƏRMANIN VƏ S. MALLARIN QİYMƏTLƏRİ QONŞU GÜRCÜSTANDAN İKİ DƏFƏ ARTIQDIR.NİYƏ AVROPADAN 3000 YEVROYA GƏTİRLƏN MAŞİNIN QİYMƏTİNİN 2 QATINDAN ARTIĞI GÖMRÜKDƏ İNSANLARDAN CIĞIRDA-CIĞIRDA ALIRSINIZ.HALBUKİ CÜGÜSTANDA 500 YEVROYA GÖMRÜK SƏNƏDLƏŞMƏSİ(Maınn tonajından aslı olmayaraq) HƏLL OLUNUR.BUDA SƏNƏ FAKT,İSTEFA VER SMİMİLİYİNƏ İNANAQ.

Elbrus 2018-12-27 17:34:28

Sovet dövründə birisi TV-də deyirdi ki, bizdə (SSRİ-də) seks yoxdu... Bu adam da deyir ki, bizdə inhsarçılıq yoxdur. Yaziq güman ki, bilmir də İNHSAR nədir...

Randa 2018-12-27 17:34:28

İNHİSAR çoxdur

Səməd 2018-12-27 17:34:28

Hörmətli Səfər Mehdiyev ictimai fikiri çaşdırmaq ilə məşğuldur. Onun qeyd etdiyi məsələyə müstəqil ekspertlərin cavabı tamamilə düzdür. Səfər müəllim komitə sədrinin birinci müavini olanda da inhisarçıların "xaç atası" idi və indidə. Azərbaycan vətəndaşlarının dolanışığının pisləşməsinə və onkoloji xəstəlikıərin artmasına ən böyük səbəbkar gömrük komitəsi və Səfər Mehdiyevd, eləcə də Azərsun şirkətidir. Dünyada istehsal olunan ən keyfiyyətsiz ərzaq məhsulları bu iki təşkilatın himayəsi ilə ölkəyəngətirilir.

AAgahuseyn 2018-12-27 17:34:28

İNHSAR yoxdursa İrandan gələndə qızına cehiz məqsədi iylə bir xalca alan qadının xalcasın hamının ğözü qarşısında cıqırda-cıqırda əlindən necə aldılar.

Bayram 2018-12-27 17:34:28

İnhisarı ləğv etmək üçün 25 illik inhihisarçıları oyanadıqları oyundan çıxarmaq,və indiyə kimi inhisarda saxladıqlarını gətirib satmasına qadağa qoyçaq.Bax bu olar inhisarı və inhisarçını ləğv etmək.

vızz 2018-12-27 17:34:28

Bizlər həqiqətən də yazıq və binəvə millətik. Azərbaycan 25 ildən artıqdır ki, 2 klan arasında çoxdan bölünmüşdür. Bu cürə səftərqulular da müəyyən muzd qarşısdında çıxıb qırıldadırlar biz də qulağımızı sallayıb qulaq asırıq. Allah Mirzə Ələkbərə rəhmət etsin: Tərpənmə amandır bala, qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay! Göz nurudur uyqu, onu dur etmə gözündən, Yol vermə məbada bir an çıxa sözündən, Amma elə bərk yuxula ki, hətta get özündən, Afaqı tutan şurü qiyamətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay!

Moshu 2018-12-27 17:34:28

Bu el misalıdırmı, atalar sözüdürmü bilmirəm, amma onu hamınız eşitmisiniz. İki qardaş olur, bunlardan biri çox yalançı olur, o biri isə məni kimi yazıq, düzgünlüyü sevən. Yalançı qardaş həmişə hörmətdə olur, mən isə həmişə danlanır. Bir gün mən uydurmağa başlayıram ki, sən demə dünən bir küçük balası göydə uçurdu. El yığılır bu qardaşı başlayırlar döyməyə. Ona kimi yalançı qardaş peyda olur və qardaşının döyülməsinin səbəbi ilə maraqlanır. Deyirlər ki, yazıq xəfifləyir, başına hava gəlib, deyir dünən bir küçük göydə uçurdu. Yalançı qardaş izah edir ki, bəli, o düz deyir. Dünən bir qartal itin balasını caynağına almışdı, küçük göydə onun caynağından qurtula bilmədiyindən ulayırdı. Beləliklə, düz danışan qardaş camaatın əlindən alınır. Ay hörmətli Səfər Mehdiyev, artıq bu azərbaycanlılar siz fikirləşdiyiniz insanlar deyil, ağı qaradan seçməyi bacarır, hətta qaranı zil qaradan. Sadəcə düşünürəm, öz dediyinizə özünüz də inanırsınızmı? Evdə ailənizin üzünə necə çıxırsınız? Heç olmasa elə yalan danışın ki, bizləri inandıra biləsiniz. Vallah adamın ürəyi bulanır.

Avam Adam 2018-12-27 17:34:28

Gömrük işçiləri aşıq aşkar vəzifə səlahiyyətlərini aşaraq, qulluq mövqelərindən sui istifadə edir, invoysları məcburi şəkildə dəyişdirtməklə sahibkarlar talan edilir, istehsalçının göstərdiyi nomenklatura kodu nəzərə alınmadan ən yüksək rüsum tətbiq edilir. Gömrük yığımlarına NK qərarından kənar düzəlişlər edilir. Az qala "bu işlə məşğul olma" deyirlər. İnspektorların səviyyəsi insanı dəhşətə gətirir. Mehdiyev yoldaş da heç aydan gəlməyib, Aydın Əliyevin 4-5 nehrəmli müavinlərindən biri idi...

R-n 2018-12-27 17:34:28

1 Pyotrun saggal girxmag siyaseti yada dushur.Duzelen deyil...

İşsiz 2018-12-27 17:34:28

GÖMRÜKDƏ İNHİSARÇILIĞIN YENİ NÖVÜ yox ey, YENİ FORMASI TƏTBİQ EDİLİR.

Son yazılar