«ABŞ prezidentinin müşaviri Türkiyəyə səfər edəcək» - Ömər Çelik

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istiqadla verdiyi xəbərə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ankaraya səfərə gələcəyini anonslayıb.

Onun sözlərinə görə, Bolton Türkiyəyə gələn il yanvarın əvvəlində gələcək və ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.

«Con Bolton Türkiyəyə səfərə yeni ilin ilk günlərində gələcək» - Çelik bildirib.

Danışıqların başlıca mövzusu Donal Tramp tərəfindən elan olunmuş ABŞ qoşularının Suriyadan çıxarılması məsələsi olacaq.

Dekabrın 29-da isə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Qalın və bir sıra nazirlərdən ibarət nümayəndə heyəti Rusiyaya səfər edəcək. Tərəflər burada da Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar