Ölkəyə gələn hər bir turistdən 1.5 avro vergi tutulacaq - Türkiyədə

Türkiyə hökuməti ölkə aerportlarından istifadə edən turistlərdən təhlükəsizlik vergisi alacaq.

Axar.az xəbər verir ki, qərarın 2019-cu ilin 1 yanvar tarixindən tətbiqinə başlanılacaq.

Bildirilib ki, hökumət hava limanlarının təhlükəsizliyinin artırılması məqsədilə belə addım atıb.

Belə ki, artan xərclər məhz elə turistlərin ödədiyi vergilər hesabına təmin ediləcək.

Məlumata görə, vergi ödənişi əvvəlcə 3 avro həcmində müəyyən edilsə də, sonradan Mədəniyyət və Turizm Nazirliyinin müdaxiləsi ilə bu, 1.5 avroya qədər endirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar