Bloqer Mehman Hüseynov müddətsiz aclıq elan etdi

Dünən yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynov 10 günlük karserə salınıb. Buna etiraz əlamət olaraq M.Hüseynov müddətsiz aclıq elan edib.

Bu barədə Turan-a Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov məlumat verib.

"Bu gün Mehman evə zəng edib və karserə salındığını, təzyiqə məruz qaldığını deyib. Mehman vəkilləri ilə görüş tələb edir. Amma vəkili onun yanına buraxmırlar", - deyə E.Hüseynov bildirib.

Mehman Hüseynov 2017-ci ilin martında Nəsimi rayon polis rəisinin qaldırdığı böhtan iddiası ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Dünən ona qarşı cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək ittihamı irəli sürülüb.

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Arlem Dezir azadlığa buraxılmasına bir neçə ay qalmış Mehman Hüseynova qarşı yeni ittiham irəli sürülməsindən narahatlığını ifadə edib.

O öz Twitter mikrobloqunda bloqerin tezliklə azad olunacağına ümid etdiyini bildirib.(virtualaz.org)

635x100

Şərhlər

EJDER 2018-12-27 23:36:49

BURAXIN GUNAHSIZ INSANLARI ,LUKAWENKO CANI

Vahid 2018-12-27 23:36:49

Ədalətsizlik, hüquq-mühafizə orq-da olduğu kimi, Ədliyyə orqanlarında də xərçəng kimi metostaz verib.Mehman bəyə qarşı aparılan qərəzliliyə nə vaxt son veriləcək? Ona qarşı aparılan bu məqsədli kampaniya ölkəmizin imicinə ağır zərbədir.

Arif 2018-12-27 23:36:49

Onun üzünə duran................................

t.ədalət 2018-12-27 23:36:49

Bloger Mehman Hüseynovun vaxtı ilə çəkdiyi videolara diqqətlə baxdıqda orda hakimiyyətə qarşı heç nə yoxdur.Məsələn,Səlim Müslümovun villaları haqqındakı kadrlar tam həqiqət idi.Prezident S.Müslümovu tutduğu vəzifədən çıxardıqdan sonra, məlum oldu ki,o,doğrudan da maliyyə ..... edən birisi imiş.İndi Mehmanın həbsxanada şərlənməsi göstərir ki,kimlərsə xaricdən Hakimiyyətə qarşı münasibətlərin dəyişməsində maraqlıdırlar.DTX səviyyəsində belə məsələlər araşdırılsa yaxşı olar.

Son yazılar