PREZİDENTİN DOSTU BAKIDA HƏBS OLUNDU - Gömrük Xidmətinin sabiq rəhbəri ekstradisiya edildi

Korrupsiya ittihamları ilə beynəlxalq axtarışa verilmiş Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusov Azərbaycandan Bişkekə ekstradisiya olunub.

Bu barədə Qırğızıstan Baş Prokurorluğu  məlumat yayıb.

"Bu il dekabrın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğu Qırğız Respublikası Baş Prokurorluğunun vətəndaş A.Junusovu Qırğız Respublikası Hökuməti yanında İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin icraatında olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ekstradisiya olunması xahişini qəbul edib", - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, dekabrın 28-də İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin əməkdaşları Qırğızıstanın Baş Prokurorluğunun tapşırığı əsasında A.Junusovu Bişkekə aparıblar.

Məlumatda vurğulanır ki, ekstradisiya Qırğız və Azərbaycan Baş Prokurorluqlarının qarşılıqı əməkdaşılığı sayəsində mümkün olub.

Xatırladaq ki, A.Junusov bu il dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.Azərbaycan Qırğız Respublikası DGK-nın sabiq rəhbərinin ekstradisiyasına icazə verib.

Qeyd edək ki, A.Junusov Qırğızıstan prezidentinin dostu olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar