Krımda Pentaqonun laboratoriyası tapılıb

«AzPolitika.info»-nun Rusitya KİV-ə istinadla verdiyi xəbərə görə, Simferopol ətrafında (Krım) Pentaqonun laboratoriyası tapılıb. Amerikalılar burada insaların üzərində təcrübələr aparıblar.

«Rospotrebnadzor»-un başçısı Anna Popova bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) 2014-cü ilə qədər Krımda Pentaqonun vəsaiti hesabına biolaboratoriya yaratmağı planlayıbmış.

Onun sözlərinə görə, Krımın Rusiyaya birləşdirilməsindən (Krımın ilhaqı) sonra yarımadada biomateriallarla dolu qutular tapılıb. Guya onları harayasa göndərməyə hazırlayıbmışlar.

«Bir vaxtlar SSRİ-nin taun əleyhinə stansiyası kimi fəaliyyət göstərmiş obyektin ərazisində göndərilməyə hazırlanmış 104 daxıl ekzoparazit, gəmiricilərin daxili orqanlarından ibarət 46 nümunə, 105 insan qanı zərdabı nümunəsi tapılıb» - deyə, «RİA Novosti» agentliyi Popovadan sitat gətirir.

Popova əlavə edib ki, stansiya çoxdan araşdırma fuksiyasını itirib və yalnız materialların toplanması, sonra isə qrantlar üzrə Avropaya göndərilməsi məntəqəsi rolunu oynayıb.

Guya, Krımdakı biomateriallar göndərilməyə hazır imiş, ancaq 2014-cü ilin məlum hadisələri buna mane olub.

Popova hesab edir ki, amerikalılar Krvmda da Gürcüstandakı Luqar laboratoriyası (Tbilisi ətrafında yerləşir) kimi bir laboratoriya yaratmaq isiəyiblər. Məlumatlara görə, bu laboratoriyada ABŞ hərbçiləri xüsusi təhlükəli infeksion xəstəlikləri öyrənirlər, hətta insanlar üzərində letal təcrübələr də aparırlar.

Məlumat üçün bildirək ki, Riçard Luqarın laboratoriyaları «İctimai səhiyyə araşdırmaları Mərkəzi» adı alt;nda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir.

635x100

Şərhlər

Vətəndaş 2018-12-28 21:39:03

Mən istərdim ki,Azərbaycan da Ermənistana verilmiş torpaqlarını geri qaytarsın.Qoy sonra torpaqların geri qaytarılmasını kim istəyir ilhaq adlandırsın.Mən işğal olunmuş əraziləri nəzərdə tutmuram.Onları onsuzda qaytaracağıq.90-cı ilə qədər Ermənilərə vrerilmiş əraziləri nəzərdə tuturam.

Son yazılar