"İlham Rəhimov indiyədək Rusiyadakı diaspor təşkilatlarına heç bir dəstək göstərməyib" - Akademik

Virtualaz.org-un əməkdaşı akademik Fazil Qurbanova müraciət edərək, “Yeni Müsavat” qəzetində İ.Rəhimlini mədh edən bu sözləri şərh etməsini xahiş edib: “Rəhimovun fikrincə “AzərRos” federal milli mədəni muxtariyyəti Rusiya ilə millətlərarası əlaqələrin inkişafı strukturu baxımından əvəz edəcək Ümumrusiya Azərbaycan Konqresinin yaradılması təşəbbüsü Azərbaycanda heç də hamının ürəyincə olmadı”.

Akademik F.Qurbanov virtualaz.org-a müsahibəsində deyib: “Bu, həqiqətə uyğun deyil. Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin və RF prezidenti V.Putinin təşəbbüsü ilə yaradılıb. Azərbaycan prezidenti H.Əliyev qardaşım Aydın Qurbanova tapşırmışdı ki, təşkilatı məsələlərin həllinə kömək etsin. İlkin mərhələdə maliyyə məsələlərinin həllini elə o yerinə yetirirdi. İ.Rəhimov bu vaxt ərzində Rusiyadakı diaspor təşkilatlarına nə maddi, nə də mənəvi dəstək göstərməmişdi. Bu azmış kimi, onun heç bir əsası olmayan iddiaları yeni təşkilatın yaradılmasına mənfi təsir göstərmişdi”.

635x100

Şərhlər

Cavid 2018-12-28 22:15:54

Həqiqəti yalana bükmək olmaz.Fazil müəllimin dediklərini onun kimi hörmətli bir akademikə yaraşdırmazdım, yalan danışmaq niyə? Bu da İlham müəllimin 2017-ci ildə Müsavata müsahibəsindən SİTAT: "Gəlin, tarixə qayıdaq, Konqresin yaranma məsələsinə. Hamımız bilirik ki, Konqresin yaradılması rəhmətlik Heydər Əliyevlə bağlıdır, təşəbbüskar o olub...". linki də bura yazıram ki, hamı oxuya bilsin: http://musavat.com/news/ilham-rehimov-moskvadan-xahis-etdim-ki-ne-olursa-olsun-birce-uak-legv-olunmasin_430627.html

BABAYEVA ASYA EHMEDELI Qi 2018-12-28 22:15:54

demali taskilat xalga xidmat etmayib vicdansiz

Abit 2018-12-28 22:15:54

İlham Rehimovun kimese borcu var beyem?Rusiyada günahsız öldürülen ve hebsxanalarda yatanların hansına kömek etmişik?Günü bu gün Rısiyada her şeyi elinden alınıb hebsxanalara atılan qardaşlardan danış sen.

keçici qırmızı bayraqlar 2018-12-28 22:15:54

Cənab akademik! Nöyütün pulundan Diaspora təşkilatlarına ayrılan pulun neçə faizi təyinatı üzrə xərclənib. Siz bunu hesablamısınız? Hesablayın sonra harada isə tük axtararsınız! Əvvəlcə tiri çıxardın.

Arif Agazadə 2018-12-28 22:15:54

Çox Maraqlıdı?Azərbaycan diasporunun Rəhbəri qızını Erməniyə verdi,onda bu Akademik ona öz münasibətini bildirdimi?Xaricdə iş elə qurulub ki,Diasporanı,Səfirlik sevmir,Səfirliyi Diaspora !Nəticə də,Xarıcdəki Millətin kasıb təbəqəsi köməksiz qalır!Erməni Žil şöferi,avtobusu vurub 18 adam öldürdü Moskvada,onu qadin xalatinda TV-də,görsətmişdilər deyin,Erməni diasporu o qadın xalatinda ğörə ayağa qalxmışdılar!Öz qəzet və jurnallarında o xalati Putinə ğeydirmişdılər!Bizdə elə bir olsaq yaxşı deyilmi?

Son yazılar