KİVDF 32 qəzetə pul ayırdı - Layihələr 3 aylıq oldu (SİYAHI)

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

KİVDF-dən AZƏRTAC-a verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. O, gündəliyə Fondun 2019-cu ilin birinci rübündə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqinin və cari məsələlərin daxil olduğunu bildirib.

Müzakirəyə çıxarılan məsələ barədə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 32 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin ikinci yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. O qeyd edib ki, müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 32 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən Ramiz Əskər, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 32 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2019-cu ilin birinci rübü üzrə maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

635x100

Şərhlər

Alı 2018-12-28 22:40:55

Ona görə də bu qəzetlərin saytına girməmək lazımdır.Digərlərinə girilsin ki maddi dəstək olsun.Önsuz da bunlar yazdı-yazmadı ildə 4-5 dəfə məddahlıq bəxşişi alırlar ki bu da onlara polnu bəsdir.Mən 3 ildir bunların heç birini oxunuram.Çünki onların nə yazdıqlarını və bundan sonra da nə yazacaqlarını bilirəm.

Əli 2018-12-28 22:40:55

Nyu York tayms,Qardian qəzetlərinə hökümət yardım etdi .Gülməlidir.Bir qazet ki satılmır deməli oxunmur onu nəyə lazımdır saxlamaq.Hanı rəqabət işləyə bilmirsiniz dağılışın. Heç kimə lazım olmayan işdə yalnız savadsız adam işləyə bilər

Mirzə AĞ 2018-12-28 22:40:55

Alın aaa, yana-yana qalın aaaa! Biz ucuz makulatura istehsal edirik...

G M 2018-12-28 22:40:55

Bu qəzetlərə daha heç ərzaq da bükülmür.Heç ``yerdə`` istifadə də olunmur.Oxuyan da ancaq tək-tük hallarda müəlliflər özləri olur.Bunlara ayrılan vəsaiti Redaktorlarına ``hədiyə`` adıyla verilnəsi daha uyğun variantdır.

Son yazılar