Putin köynəkləri üçün uzun növbələr yaranıb - Video

Moskvanın mərkəzindəki GUM mağazasında üzərində Putinin təsviri olan köynəkləri almaq istəyənlər uzun növbələrdə gözləməli olublar.

Rusiya liderinin təsvirini daşıyan 15 köynəkdən ibarət yeni kolleksiya satışa bazar ertəsi çıxarılıb.

Son vaxtlar Vladimir Putin Ukrayna böhranında tutduğu mövqeyə görə Avropa və ABŞ tərəfindən tənqid olunur.

Hərçənd ki, rəy sorğularına əsasən o 80 faizdən artıq rusiyalının dəstəyinə malikdir.

Bu arada Putinin təsvirilə köynəklər kolleksiyasını yaradanlar satışdan daxil olan vəsaitlərin xeyriyyə məqsədlərinə yönəldiləcəyini deyirlər.

Moskva mağazasına BBC müxbiri Olqa İvşina baş çəkib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar