SAATDA 81 KM SÜRƏTLƏ "GƏLƏCƏYƏ GEDƏN" QATARIMIZ... -  "Dünyada belə sürətlə öyünən ölkə varmı?"

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Gəncə sürət qatarı (!),  nəhayət, fəaliyyətə başlayıb. Qatarda ilk səfəri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, deputatlar, jurnalistlər və incəsənət xadimləri ediblər.

Xəttə buraxılması

İqtisadçı ekspert Qubad İbadoğlu isə öz "Facebook" səhifəsindən paylaşdığı statusda bunu konkret faktlarla göstərib. "Saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi?" başlığı ilə paylaşdığı yazıda Qubad İbadoğlu yazır: "Bu günlərdə yayılan xəbərə görə, gələn ildən xəttə buraxılacaq Bakı-Gəncə "sürət qatarı" 364 kilometri 4 saat 30 dəqiqəyə gedəcək. Müasir dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi. Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Şəkil bölməsində təqdim olunan sürət qatarlarının reytinqindən bunu görmək olar.

Əslində Azərbaycanda sürət problemi qatarla bağlı deyil, dəmir yol xəttinin keyfiyyəti ilə əlaqədardır. Halbuki, son illər ərzində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üçün yalnız Dövlət Neft Fondundan 589,2 milyon manat vəsait ayrılıb. Lakin hələ də Azərbaycanda dəmir yollarının texniki durumu qatarların orta sürətini 80-dən yuxarı qaldırmağa imkan vermir".

Qeyd edək ki, ekspertin fikirlərini Cavid Qurbanov da dolayısıyla təsdiqləyib. O, bildirib ki, qatarın texniki imkanları saatda 300 km-ə qədər hərəkətə icazə verir: "Biz layihəni edəndə yolun maksimal sürətini saatda 160 km-ə qədər qoymuşuq.  Hazırda sürət saatda 130-135 km-dir".

Ancaq qatarın Gəncəyə qədər olan 364 kilometr məsafəni 4 saat 30 dəqiqəyə getməsi nəzərdə tutulduğundan, real sürət göstəricisinin hörmətli C.Qurbanovun dilə gətirdiyi rəqəmin xeyli altında olduğunu söyləyə bilərik.

Saatda 80-100 km sürətlə hərəkət edən qatarla isə, nəinki gələcəyə getmək, heç qonşulara çatmaq belə mümkün deyil... 

Murad  Məmmədov

AzPolitika.info

 

Otomatik alternatif metin yok.

 

635x100

Şərhlər

fərrux 2018-12-29 17:15:10

c-b Qurbanov! Prezidentimiz milyonlarla vəsaiti ona görə ayırmayıb ki sizin sürət qatarınız saatda 80-lə getsin.Məqsədiniz bütün dünyanı bizə güldürməkdir? Bacarmırsınızsa zəhmət çəkin İSTEFA verin!Qoy bacaran gəlsin dövlətin də xalqın da üzünü ağ eləsin!

Mühasib 2018-12-29 17:15:10

Bu sürət qatarlarının sürət cədvəlindən Qurbanovun xəbəri varmı? O zaman Qurbanovun qatarını necə "sürət qatarı" adlandrmaq olar? Bəs ona xərclənən vəsaitlərin miqdarı ? Bunları bir araşdıran varmı?

talis 2018-12-29 17:15:10

Neyləsin yavaş gedir ki, birdən radara düşər də...Maşinistin maaşi cəriməni belə ödəmir. Nağaracux a...

ARİF 2018-12-29 17:15:10

Bu adam gələcəyə yox keçmişə qayıtmaq istəyir.

Kəngərli 2018-12-29 17:15:10

Azərbaycan Dəmir yolunda stansiyalar arası ( stansiyalara yaxınlaşarkən və oradan aralanıb sürət yığanadək istisna olmaqla ) teplovozların hərəkəti həmişə 60-80 km/saat olub. Sürət qatarının sürəti 250-300 km/saat olurBunu xarici ğlkələrdə olan şəxslər və məlumatlı şəxslər )bilir.Ona görə 80-81 km/saat sürət qatarı üçün sürət deyil və bununla qürurlanmaq yersizdir.

Cəmşid Dərələyəzli 2018-12-29 17:15:10

Biz at alarıq, axır olmaz. Axır qurarıq, onda da at olmaz. Yəni, biz bu surət qatarını almamışdan öncə yolu hazır etməli idik. İndiki halda bu surət qatarı köhnə qatarlar təkin 6 saata ancaq çatar.

Sedaqet 2018-12-29 17:15:10

R-n düz deyir!!! Ulu önderə AIIAH rehmet etsin!!! Cavid Qurbanovu ....21 ci əsrdəyik öyündüyü qatara baxxxxx!!!! Eləbilki öz puluna edib!!! Öyünür!!! Bizə buda azdı..... Metro bundan sürətlidi !!! Bir müddət sonra buda geder cahangirlerin dalınca

Maqsud 2018-12-29 17:15:10

yaxşı gopçudur...

Ramin 2018-12-29 17:15:10

Burda yetim Eyvazin bir weri yada duwur...

Ali 2018-12-29 17:15:10

Ayeeeee bu Cavid Qurbanov lap kefdi,suret qatari imis.A bala Avtobus bundan tez gedir bu kime lazimdi Men bilmirem,amma Gencede yasayan kimi deye bilirem ki,4 saat 28 deq gedib 15 manat vermekdense avtobusla 4 saata gederem 8 manatda pul vererem.Cavid qatar Senin olsun))))

Mehman 2018-12-29 17:15:10

Chox suretle gedirsiniz,belke bir az yavashliyasiniz.

Wuwali 2018-12-29 17:15:10

Saatda 80 km geden Tranvay

EJDER. 2018-12-29 17:15:10

HESAB EDIREM KI,CAVIDIN BU NAQILI,ILIN NAQILI SECILMELIDIVE ANALOQU OLMAYAN INKIWAFIMIZIN BARIZ,DAYANIQLI NUMUNESIDI...WEREF ORDENINE LAYIQDI BIR QOHUM KIMI

İqtisadçı 2018-12-29 17:15:10

Doğru deyir. Belə yalanlarla öyünən ikinci ölkəni dünyada tapmaq mümkün deyil.Analoqu olmayan işsizlik faizi,pensiyaların miqdarı,adambaşına orta illik gəlir, qeyri-neft sektorunun inkişafı ( ixracın 6.3 %-i) dünyanın hansı ölkəsində var? Yalanların rəsmi yayıldığı Azərbaycan.

Zaza dayı 2018-12-29 17:15:10

Azerbaycan bezilerinin dediyine göre geleceye bu qatarla saatda 77 km/saatla gederse battı. Bunu gündeme çıxarıb öyünmek gülüncdür. Başınıza deysin o süretli qatar ki, köhne jiguli ondan tez gedir.. Qiymeti de ondan çox ucuz.

Ulvi Esgerov 2018-12-29 17:15:10

Merhum prezident sonda en dogru qerari verdi!!!

Dr.AGAOGLU 2018-12-29 17:15:10

Onlarda qatar 300-600 km/saat sürətlə gedir,bizdə isə onların acığına Cavid kişi şirin dili ilə o sürətlə irəli gedir.

Qoca Molla 2018-12-29 17:15:10

Ali sizə kim dedi ki, 15manat. Yeni qatarın qiyməti 100m olacaq

R-n 2018-12-29 17:15:10

Bashliga soz yox.Merhum prezident bunu ele-bele govmamishdi.

Moshu 2018-12-29 17:15:10

Anlaya bilmirəm, bu nə hörmətsizlikdir xalqa qarşı? Heç olmasa özünü biabır etməsin Cavid əkə. Bu sürətə görə ona növbəti orden düşür. Ayıb olsun sənə ay Cavid əkə. Başbilənlərimiz hara baxır? Bunun adı bardakdır, təxribatdır,sabotajdır, dır, dır, dır .................

Son yazılar