FHN işçilərinin həmkarlar ittifaqı Yeni il şənliyi təşkil edib

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün “Qafqaz Baku Sahil Hotel”də (Boks Arenası) Yeni il bayramı şənliklərinə start verib. İki gün davam edəcək bayram şənlikləri gündə dörd seans olmaqla təşkil edilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Şaxta baba, Qar qız və nağıl qəhrəmanlarının iştirakı ilə keçirilən şənliklər uşaqların böyük marağına səbəb olub. Peşəkar heyət tərəfindən həyata keçirilən tədbirin bədii hissəsi tamaşaçılar tərəfindən də böyük məmnuniyyət hissi ilə qarşılanıb.

Şənliklərdən sonra FHN işçilərinin həmkarlar ittifaqı üzvlərinin azyaşlı uşaqlarına ittifaq adından Yeni il bayram sovqatı paylanılıb.

Bundan başqa, nazirliyin tədbirdə iştirak etmək imkanı olmayan, Bakıdan kənarda yerləşən qurumlarında çalışan əməkdaşlarının azyaşlı uşaqları üçün FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən bayram sovqatı göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar