"Liverpul" "Arsenal"ı darmadağın edib - Premyer Liqa

Premyer Liqanın lideri öz meydanında "Arsenal"ı qəbul edib

"AzPolitika" xəbər verir ki, İngiltərə Premyer Liqasının 20-ci turu maraqlı qarşılaşma ilə yadda qalıb. Liqanın lideri "Liverpul" doğma meydanda "Arsenalı" darmadağın edib.

Meydan sahibləri qarşılaşmadan 5-1 hesablı qələbə ilə ayrılıb. "Liverpula"a tarixi qələbə qazandıran qolları 14, 16, 65-ci dəqiqələrdə Firmino, 32-ci dəqiqədə Mane və 45-ci dəqiqədə Salah vurublar. Qonaqların yeganə qolunu 11-ci dəqiqədə Niles vurub.

Beləliklə "Liverpul" 54 xalla liqanın vahid liderinə çevrilib. İkinci sırada olan "Totenhem"in aktivində 45 xal var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar