TÜRKİYƏ KƏŞFİYYATI BAKIDA ƏMƏLİYYAT KEÇİRDİ - FETO-çular yaxalandı (Yenilənib)

Azərbaycanda saxlanılan FETÖ terror təşkilatının üzvü Mehmet Gelenin fotoşəkilləri yayılıb.

 Onun həbs olunarkən lentə alınan şəkilləri Türkiyə KİV-lərində dərc edilib.

Fətullah Gülənin terror təşkilatının (FETO)  tərəfdarı Mehmet Gelen Azərbaycandan Türkiyəyə aparılıb. Virtualaz.org “Anadolu” agentliyinə istinadla xəbər verir ki, beynəlxalq axtarışda olan Gelenin tutulması üzrə əməliyyatı Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları həyata keçiriblər.

Mənbə qeyd edir ki, Türkiyə kəşfiyyatının əməkdaşları əvvəllər Gülən tərəfdarlarının Azərbaycanda açdığı məktəblərdən birində işləyən saxlanılanı nəzarətdə saxlayıblar.

Mehmet Gelenin saxlanılması üzrə əməliyyat onun saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmasından sonra həyata keçirilib.

Belarus hüquq-mühafizə orqanları cinayətkarı Bakıya geri yollayıblar və elə burada o, MİT əməkdaşları tərəfindən tutulub.

 

635x100

Şərhlər

Abit 2018-12-30 21:31:37

Yeqin Suriyadan sef salıblar bizi

Ilham 2018-12-30 21:31:37

Birincisi o beynalxalq axtarish dediyinizi, Azerbaycan daxil hec bir olke tanimir. Ikincisi o yaziq muellimi Azerbaycan mehkemesinin arxa qapisinda ogurlayiblar, yani Azerbaycanda mehkeme onu azad eleyib, mehkeme qapisinda onu turk MTN i qacirib.

GM 2018-12-30 21:31:37

Ey gidi Dqnya...iyrənc siyasi oyunların qurbanları

Son yazılar