Merkel Ərdoğanı Suriya məsələsində təmkinli olmağa çağırıb

Almaniya kansleri Angela Merkel bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti edib. Danışıqlar zamanı Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

“Report” TASS-a istinadla xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martina Fits deyib.

"Kansler Türkiyənin, xüsusilə Suriya qaçqınlarının qəbulu məsələsində rolunu qeyd edib və ümid etdiyini bildirib ki, Türkiyə Amerika qoşunlarının Suriyadan çıxarılmasına təmkinini qoruyaraq və məsuliyyət dərk edərək reaksiya verəcək", - deyə o bildirib.

Merkel həmçinin qeyd edib ki, İŞİD terror təşkilatı hələ də, əhəmiyyətli dərəcədə təhlükəlidir.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Suriyadakı vəziyyət müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar