"Qarabağda hərbi əməliyyatlar başlasa, yeganə qalib Moskva olacaq" - Stefen Blank

Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib.

“Amerikanın Səsi”nə müsahibə verən ekspert Rusiyanın məramları ilə bağlı dərin şübhələrini ifadə edərək, görüşlərdən real nəticə gözləmədiyini bildirib.

Jurnalistin “Görüş nə kimi nəticə verdi?” sualına, ekspert bu cür cavab verib: “Düşünmürəm ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki, tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar. Heç kim bu görüşdən sülhə doğru real proqres gözləmirdi. Mənim gözlənitlərim aşağıdır, çünki Rusiyanın sülhdə marağı yoxdur. Və başqa heç kəs aktiv rol oynamaq istəmir. Ona görə də hökumətlər üzərində sülhə nail olmaq üçün xarici təzyiq yoxdur”.

Stefan Blank həmçinin, son bir neçə həftədə təmas xəttində yaranan gərginlikdən və hərbi konfliktin yenidən baş qaldırıb-qaldırmayacağından da danışıb: “Hesab edirəm ki, insidentlərin yenidən baş qaldırması ehtimalı kifayət qədər yüksəkdir, hətta müharibənin də. Hər iki tərəf silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki, müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın. Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş verə bilər”.

"Əgər Dağlıq Qarabağda hərbi münaqişə baş versə, bu, nə kimi mahiyyət daşıya bilər? Bunun nəticəsi necə olar?" sualına cavab olaraq bildirib ki, münaqişə başlasa, hər iki tərəf uduzacaq: "Məncə Ermənistan da, Azərbaycan da uduzacaqlar. Yeganə qalib Moskva olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə salacaq. Ona görə də hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Çünki qarşıdurma nə qədər uzanırsa, bir o qədər müharibə ethimalı artır. Onlar hər ikisi Rusiyanın caynaqlarına düşə bilərlər. Onlardan heç biri də bunu arzulamır. Biz artıq görürük ki, Ermənistana nə olub. Bu ölkə xarici siyasətdə, bəlkə də daxili və iqtisadi siyasətdə müstəqillyini faktiki uduzub. Ermənistan Dağlıq Qarabağdakı ambisiyalarının girovuna çevrilib."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar