Mingəçevir-Xaldan yolunda avtomobil aşıb

Mingəçevir-Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, "90-UB-132" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində azı 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Daha əvvəl Oğuz rayonunda bir ailənin üç üzvü yol qəzasına düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar