Ağsuda ana ölümü hadisəsi baş verib
Baxiş sayı:
Dərc olunub:
31/12/2018 - 10:20
Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb.
İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.