"PUTİN İNDİ DƏ BELARUSU RUSİYAYA BİRLƏŞDİRİR" - Sensasiyalı iddia

"Putin üçün indi Belarus Krımdır”

“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov Minskdən olan dinləyicinin Belarusun mümkün ilhaqı barədə sualına cavab verərkən cəsarətli proqnoz verib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Venediktov suala belə cavab verib: “Dövlət başçısı kimi Vladimir Putinin səlahiyyət müddətinin artırılmasının variantlarından biri kimi Belarus Respublikası ilə birləşmə, işğal, yaxud da ittifaq ola bilər. Bu, variantlardan biridir, başqaları da ola bilər”.

Aleksey Venediktov

Məşhur jurnalistin fikrincə, Rusiya hökuməti artıq qardaş ölkəni subsidiyalaşdıra bilmir və kompensasiya gözləyir: “Belarus nə ilə ödəniş edə bilər? Misal üçün, suverenliyi ilə. Bu mənada, əgər bu hər hansı formada baş tutarsa, məncə, 3-4 il ərzində vahid sahibi olan vahid dövlətin yaranması mümkündür. Baxın, 21-ci ildə bizdə Dövlət Dumasına seçkilərdir. Nəyə görə də həmin il vahid qaydalar üzrə artıq nümayəndə heyətləri ilə deyil, birbaşa seçkilərlə ittifaq dövlətinə seçkilər keçirilməsin? Vahid prezidentdən olmasa da, vahid parlamentdən başlamaq olar. Elə həmin 21-ci ildə”.

Birləşdikdən sonra Lukaşenko vitse-prezident, Təhlükəsizlik Şurasının sədri, yaxud da Krımda yaşayan təqaüdçü ola bilər. Bununla da Venediktov Belarus prezidentinin sonrakı taleyi haqda düşüncələrini dilə gətirib.

“Exo Moskvı”nın baş redaktoru güman edir ki, 2008-ci ildən başlayaraq “Vladimir Vladimiroviç birləşdirici roluna daxil olub” və indi onun üçün “Belarus Krımdır”.

635x100

Şərhlər

Alim 2018-12-31 11:20:53

Bu.putin.rusyasının.. qudurganlıgnın.günahı. ilham.eliyev.nursultan. nazarbayev. imameli.raxmaninov. aleksandır.lukaşenko.qurbanqulu. berdimuhemedovdadı.ve.şövket. mirzoyevdedi. eger.birleşib. pitine.xox.gelseler.vallaha. billaha.o.menem.menem.deyen. putin.quzu. kimi. oturar.yerinde

Abit 2018-12-31 11:20:53

Uşaqlıqda bir yaxşı şer var idi buza aid qısa yazıram; yaz geler artar qemin,eriyib suya dönersen,axıb çaya gedersen.Bax bele........

Vüsal 2018-12-31 11:20:53

Lap.yaxşı. edir.bu. eclaf.diktatura.deyendeki. tez.bazar.avropa. amerikanın. dediyni.ele. rusdan.qac.

t.ədalət 2018-12-31 11:20:53

Putinizm bəşəriyyətin ən cılız formasıdır.Bir ölkə başçısı nə qədər başqa xalqların yurdlarına işğal və basqın kimi geriyə addım barədə düşünə bilər?Bu,ancaq və ancaq nadanlıq göstəricisidir.Elə bu səbəbdəndir ki bizdə də çalışırlar ki,Türkiyəyə yönümü stoplasınlar.Rus dili,rus məktəblərinin artmasının məqsədi Azərbaycanda Türkiyəyə olan məhəbbəti söndürməkdir.Bəs, Rusiyanın törətdiyi qətliamlar nəticəsində torpağa gömülən on minlərlə azərbaycanlının qanını,görəsən necə batırmaq olar?

Abit 2018-12-31 11:20:53

Xeyirlisinden olsun,sıravı Belarus xalqı deyirdi ki,bele müsteqillikdense Rusla bir yerde olmaq yaxşıdı.

EJDER 2018-12-31 11:20:53

EWWI BIZDE DEYIRIK KI,BIZ MUSTEQILIK...HA HA HA .PUTIN KIM OLUB.AZERBAYCANA GEMILE NIYE GELIR...SUALLAR COXDUR.HESAB EDIREM KI,PUTINDEN YOXDUR,ERMENILER ISE P...DUR,LUKAWENKO CANI

Son yazılar