"Avropa İttifaqı Britaniyanı saxlamağa çalışmır" - Yunker

Avropa Komissiyasının sədri Jan Klod Yunker deyib ki, Avropa İttifaqı Britaniyanı ittifaqda saxlamağa çalışmır və Britaniya parlamentinin Brexit-i təsdiq etdiyi andan gələcək əlaqələri müzakirə etmək istəyir. O, əsas diqqətin may ayında seçkilərdən öncə Avropa İttifaqının özündə birlik məsələsinə yönəltməyə çalışdığını bildirib.

“Bizim məqsədimizin var gücümüzlə Birləşmiş Krallığı Avropa İttifaqında saxlamaq olduğuna işarə edilir. Bizim istədiyimiz münsasibətlərdə aydınlıqdır. Və biz referendumun nəticələrinə hörmət edirik”- deyə, Jan Klod Yunker Almaniyanın Welt am Sonntag qəzetinə müsahibəsində bildirib.

Avropanın qarşılaşdığı digər sınaqlarla bağlı danışan Yunker deyib ki, o, ABŞ prezidenti Donald Trampı ticarət siyasəti ilə əlaqədar yaxından izləyir.

“Mən o, sözünə əməl etdikcə ona inanıram. Əgər o, sözünə əməl etməsə, onda mən də sözümü tutmalı olmayacağam” – deyə, Yunker Vaşinqton və Avropa İttifaqı arasında tariflər məsələsinə toxunaraq bildirib.

Mən o, sözünə əməl etdikcə ona inanıram. Əgər o, sözünə əməl etməsə, onda mən də sözümü tutmalı olmayacağam.

O həmçinin Avropa İttifaqının qarşılaşdığı daha bir problem olan vətəndaşlar arasında fikir ayrılıqlarının artması məsələsindən danışıb. Yunker fikir ayrılıqlarının dərinləşməsinə yol verilməməli olduğunu deyərək, populistlərin “dövrün problemlərini həll etmək üçün heç bir konkret təklifləri olmadığını” qeyd edib.

Yunker Rumıniyanın yanvarın 1-də rotasiya üzrə Avropa İttifaqının prezidentliyi səlahiyyətlərini öz üzərinə götürməsinə hazırlığı ilə bağlı şübhələrini ifadə edərək, ölkədə korrupsiya və kəskin fikir ayrılıqlarını vurğulayıb.

“Buxarest hökuməti Avropa İttifaqına üzv dövlətlərə sədrliyin nə demək olduğunu tam anlamayıb…Rumıniyanın daxilində vəziyyət elə bir haldadır ki, ölkə Avropada vahid qrupun bir hissəsi kimi çıxış edə bilmir” – deyə, Yunker bildirib ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar