Azərbaycanda daha bir kredit təşkilatı adını dəyişib

Dərc olunub: 31/12/2018 - 11:49

aa72a770-e70b-411d-8bef-755ca71f7d6cAzəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) adını “Ecofinance”a dəyişib. “Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, bir qədər əvvəl bu kredit təşkilatının təsisçisi və qanuni təmsilçisi də dəyişmişdi.
“Azəri Star Mikromaliyyə” 2018-ci ildə rebrendinq etmiş yeganə BOKT deyil. Bu il həmçinin “Səba Kredit” MMC adını “Asel Kredit”ə dəyişib.
Bundan başqa, bu gün yola saldığımız il ərzində Lənkəran şəhərində fəaliyyət göstərən “İnam Kredit İttifaqı” MMC adını “İdeal Kredo Kredit İttifaqı” ilə əvəz edib.








loading...


Fikrinizi bildirin