"AZƏRBAYCAN BU GÖSTƏRİCİ ÜZRƏ AVROPADA SONUNCUDUR" - Ekspert açıqladı 

"Avropa və bəzi MDB ölkələrində orta aylıq nominal əmək haqqı siyahısında Azərbaycan sonuncu sıradadır". AzPolitika. info-nun məlumatına görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu öz “Facebook” səhifəsindən paylaşdığı yazıda bildirib.

Onun yzdığına  görə, 2017 və 2018-ci ilin məlumat bazasında hazırlanmış cədvəl məlumatlarından göründüyü kimi, Azərbaycan nəinki post-sosialist, hətta Avropa coğrafiyasında yerləşən keçmiş sovet respublikaları arasında orta aylıq nominal əmək haqqı göstəricisinə görə ən sonda qərarlaşıb: "Azərbaycanda işləyənlərin orta aylıq nominal əmək haqqı 281 avro təşkil edir ki, bu da enerji resursları ilə zəngin olan ölkələrdən- Danimarkadan 18,5, Norveçdən 16,5, Hollandiyadan 10, Rusiyada 1.85, Qazaxıstanda isə 1,5 dəfə aşağıdır. Hesablamalar göstərir ki, Rusiyada ÜDM-in 45 faizindən çoxu, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu mək haqqına yönəldiyi halda, Azərbaycanda müvafiq göstərici ÜDM-in 20 faizindən də azdır.

Təəssüf hiss ilə onu da qeyd etməliyik ki, Azərbaycan bu göstəriciyə görə nəinki neft-qaz resursları ilə zəngin olan ölkələrdən, hətta Ermənistan və Gürcüstan kimi heç bir təbii resursa malik olmayan kasıb ölkələrdən geri qalır. Belə ki, Azərbaycanda orta aylıq əmək haqqı Ermənistanda 1,45, Gürcüstandan isə 1,3 dəfə azdır.

Daha təsfilatlı məlumatları şəkil bölməsində təqdim olunmuş cədvəldən əldə edə bilərsiniz".

Elman

AzPolitika. info

Otomatik alternatif metin yok.

635x100

Şərhlər

cəngərlik sakini 2018-12-31 14:36:24

Nə olsun "zato" bizim neftimiz,qazımız var,onlarda yoxdu.

Xoxan 2018-12-31 14:36:24

281 manat besdide.men wexsen 300 manat maas aliram gul kimide dolaniram sadece 5000m kreditim var birde kirayede qaliram vessalam.o ki qaldi nefte onun iyinnen zehlem gedir mene ne ozu nede pulu lazimdi.maasimizda deyilene gore bu il 10 manat qalxir cox gozel 310 manat besdi gozu tox olmaq lazimdi.esas odu ki sabitlikdi

veli 2018-12-31 14:36:24

eybi yoxdu biz dozerik teki memurlarimiz sevet yiqsin qettafi kimi

Mahmud 2018-12-31 14:36:24

Nazir və məmurların oğurladıqları hesaba alınsa Azərbaycan 1-ci olardı.

Vilayət 2018-12-31 14:36:24

Belə olmasa ışdən qovulan nazirlər milyard pullar nan gedə bilərmi? Hələ bu rəqəmədə 281 yevroya yüksəklik yaradan yol polisi və hüquq ısçilsrinin yüksək əmək haqqı alması təsir edir! İndi görün əsas xal nə gündədir ?

o.b.n 2018-12-31 14:36:24

Bəs bizim Sovetdən qalmış təbliğat maşını deyir ki,haystan acından ölur?Necə yəni acından ölənlər də 406, Dinamik inkişaf edən ölkədə isə 281 evrodur.

rasim 2018-12-31 14:36:24

HEÇ OLMASA ERMƏNİSTANDAN ARTIQ EDİN. ADAM XƏCALƏT ÇƏKİR.

rasim 2018-12-31 14:36:24

BU İNKİŞAFIN ANALOQU YOXDUR. BÖYÜKLÜ-KİÇİKLİ HAMI BU İNKİŞAFDAN DANIŞIR.

Müfəttiş 2018-12-31 14:36:24

Bu cədvəli medallı Arifoğlu cənabları, öz saytında qorxudan yarımçıq göstərmişdi ki, Azərbaycanın yeri görünməsin. Görünən yola bələdçi lazım deyil axı...

Sus 2018-12-31 14:36:24

Azərbaycan hokumeti görəsən bu siyahıya baxır? Yaqin baxırlar.Sadəcə olaraq indi çıxıb deyəcəklər ki,analoqu olmayan inkişaf var.Siz "canınız" yavaş deyin göz dəyər...

Bashirov Qarib 2018-12-31 14:36:24

Bu təhlil tam deyil.Bu Dövlət Statistika İdarəsinin məlumatına əsaslanır. Reallıq isə belədir ki,əhalinin 75 faizi orta əmək haqqının yarısını da ala bilmir.Tibbi sıgorta olmadıgından pullu səhiyyə(guya dövlət xəstəxanaları havayıdır),repititorla təhsil,agırlaşdırılmış rusum və cərimələr,addımbaşı ruşvətin tələb olunması,qida məhsullarının və dərman pereparatlarının idxal hesabına ödənilməsi(deməli,ixrac edən ölkələrindəkindən çox pul xərcləməyimiz)və.s. də təhlil zamanı nəzərə alınmalıdır.

hellas 2018-12-31 14:36:24

Nə oldu bəs, ... Şərqin götəşi belə gəldi, lider dövlət belə getdi, "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"?? Moşu demişkən: Hara getdi dedikləriniz a "beşilliklər qəhrəmanları", hıyyyyy?????????

Ekspert 2018-12-31 14:36:24

Görəsən bu göstəriciyə görə məsul şəxslər heç xəcalət çəkirlər? Görün milyardlar səltənətinin əhalisi nə gündədir. Milyonlarla insan hər gün nə qədər,qarğış,söyüş edir baiskarlara. Məmur olan bəndənin nə qədər qabığı qalın olar? Ölüm yaraşır baiskarlara.

EJDER 2018-12-31 14:36:24

UTANMAZ ,UTANMAZ IDDIA EDIRLER KI, BIZIM BUDCEMIZ SOSIALYONUMLUDUR.HESAB EDIREM KI,ARTIQ YETER BU NAQILLAR,GOPLAR...GORUVUZA APARACAQSINIZ,YIQDIQLARINIZI,BESDIRIN BIR MILLETIDE FIKIRLEWIN,LAZIM GELENDE...SAATDA 81 KM LE KELBECERE GEMEK ISTEMEK COX GULUNCDU O...R

Köhnə azərbaycanlı 2018-12-31 14:36:24

Hörmətli Qubad m-m əsas bizim statistikamızdır ey, yəqin orda biz ilk sıradayıq. Zato biz analoqu olmayan inkişaf sırasında 1-ciyik. ....

Elil teqaudcu 2018-12-31 14:36:24

Lovgalanmaq üzrĕ 1-ci yerdeyik!

Bəhram Qarabaglı 2018-12-31 14:36:24

Gorünür, Q.İbadoglu Sosialisт birliуi üzrə eksтremizm aтaMANlarının Müsтəqillik şüarının gizli ozəl maraqlarını nəzərə almaуıb? "Milli" hərəkaт, уüz ilə уaraтdılmış sosial iqтisadi dəуərləri тam dagıdacaqdısa, onu necə Milli adlandırmaq olardı? Mülkiууəтin ozələ Çevrilişi əmək haqqı və sosial тəminaтda da ozünü тəsdiqləуir. Bərabər SSR iттifaqında olmuş indiki "Müsтəqil" Azərbaуcanın isтinadgahı уenə Kreml olsa da, 24 ildir MDB üzvü Ermənisтanın və DQMVnin hərbi əsarəтində saxlanmaqdadır!?

azad 2018-12-31 14:36:24

məmurlar özlərnin milyonlarla oğrladığ puları nəzərdə tutaraq analoqu olmayan inkişaf adlandırır. ona ğörədə dünyada bizim məmurlar qədər inkişaf etmiş məmur yoxdurş

yusif-1313 2018-12-31 14:36:24

Azərbaycan statistika komitəsindən xahiş etmək lazimdir ki bu rəqəmi 407 yazsin.Belə ki dövlət məmurlari Az.Tv-də Azərbaycanin anoloqu olmayan inkişafindan danişanda xəcalət cəkməsinlər.

t.ədalət 2018-12-31 14:36:24

Azərbaycanda əmək haqqının azlığı bir yana,verdiklərini də cərimələr və bahalaşma ilə xalqın əlindən alırlar.Elə günə salırlar ki,Belarus vətəndaşları kimi,xalq desin:"Belə müstəqillikdənsə Rusiyanın müstəmləkəsi olmaq yaxşıdır."Əhalini ehtiyacla əzib işğalçı və qatil Rusiyanın qarşısında çökdürmək istəyirlər.Ancaq dağılmış imperiyaların yenidən bərpa olunması tarixə məlum deyil.Bizi Rusiyaya və rus dilinə olan sevgi məhv edəcək..

Son yazılar