“Mol Bulak”ın rəhbəri dəyişib

“Mol Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Vüsal Qaragözov vəzifəsindən azad edilib.

“Report” Vergilər Nazirliyinə istinadla xəbər verir ki, onu Nadir Ağamedov əvəz edib.

Xatırladaq ki, “Mol Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,408 mln. manatdır. Kredit təşkilatının təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar