“Ya haqsızlığa son qoyulacaq, ya da ac və susuz qalaraq öləcəm" - Mehman Hüseynov

“Mehman Hüseynovun səhhəti çox kritik vəziyyətdədir. Hüseynov dekabrın 26-dan quru aclıq edir. Yemək yemir və su içmir. Üç gün ac və sussuz qaldığına grə səhhəti çox zəifləmişdi və çox pis idi. O ayaq üstə dayana bilmirdi. Hər iki tərəfdən - sağdan və soldan qolundan tutub bizimlə görüşə gətirdilər. O qədər halsız idi ki, vəkillərlə görüş otağına daxil olan kimi yerə yıxıldı”.

Bu barədə dekabrın 28-də 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bloger Mehman Hüseynovla görüşündən sonra vəkil Şəhla Hümbətova Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil deyib ki, müdafiəçiləri blogerdən heç olmazsa su içməsini xahiş edib.

Bloger ayaq üstə dayana bilmirdi. Hər iki tərəfdən - sağdan və soldan qolundan tutub bizimlə görüşə gətirdilər. O qədər halsız idi ki, vəkillərlə görüş otağına daxil olan kimi yerə yıxıldı.

“O bizim xahişimizi qəbul etmədi. Bəyanatı da belədir ki, ona qarşı haqsızlıq baş verir, böhtan atılır, olmayan hadisəyə görə cinayət işi açılıb. Dünən ona Cinayət Məcəlləsinin 317.2 maddəsi ilə (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmək, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək, 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) ittiham elan olundu. Mehman ifadəsində bildirdi ki, heç bir hadisə baş verməyib, Əli Abdalovu vurmayıb. Ona heç yaxınlaşmayıb da, Əli Abdalov özü yerə yıxılaraq `məni vurdu` qışqırıb”.

Vəkilin sözlərinə görə, Mehman Hüseynov ona qarşı baş verən haqsızlığa son qoyulanadək ac və susuz qalacağını bildirib.

“Ona həkim ayrılıb. Biz orada olanda həkim çağırdıq. Həkim gəlib təzyiqini ölçdü, müayinə etdi.”

635x100

Şərhlər

ellin 2018-12-31 18:52:12

əli abdalov və ona bu tapşırığı verənlər mütləq cəzalanacaqlar, Allah sizi bağışlamayacaq!

elsevər muradov 2018-12-31 18:52:12

Görəsən Azərbaycanı bu günahsız insanların ah - naləsinə təslim edənlərin müdafiəsinə dövlətin ehtiyacı varmı? Ölkədə haqsızlığın səbəbkarı olanları Mehman Hüseynov kimilərin yerində oturtmaq doğru olmazdımı ? Niyə prezidentimizi yaramaz adamlar zor durumda qoyurlar ?

Camal 2018-12-31 18:52:12

DAMARLARINDAN AZƏRİ QANI AXAN HEÇ BİR KƏS BUNU ETMƏZ.

Camal 2018-12-31 18:52:12

Bu vəzifəlilərdə öz millətinə (öz millətidi demək olarsa) qarşı niyə bu qədər zalım,qəddardırlar. Onu buraxın. Allahdan qorxun. Allahın üzü çönəndə çox pis olacaq. Ermənini- qanımızı içən düşməni tutub yemliyib donuza döndərib buraxırsınız. Öz balamızı isə belə qəddarlıqla məhv edirsiniz. Buraxın onu! Bu uşağsa indi siz etdiyinizi heç kim öz millətinə qarşı etməz. 1-5-15 nəfərlə bu millət qırılıb qurtaran dyil. 200 il rus və erməni öldürür cavanlarımızı. Ancaq bununla qurtaran deyilik ...

Hüseyn 2018-12-31 18:52:12

ALLAH köməyin olsun Mehman...

Adəm 2018-12-31 18:52:12

Görəsən bu Əli Abdalov deyilən "məxluq" necə ailəsinin üzünə baxa bilir.Siz bu hərəkətinizlə 10 minlərin nifrətini qazandınız.Allah sizi yaxın vaxtda Mehmanın yerində otuzduracaqdır-İnşallah!Bunu 100% bilin.

EJDER 2018-12-31 18:52:12

EH ELI INSANOVUDA GUNAHSIZDIR...BES BU UWAQIN NEYINDEN QORXURSUNUZ...ALLAHDAN QORXUN.DEYIRSINIZ KI,BIZDE SIYASI MEHBUS YOXDUR.YALAN DANIWANIN ATABATASINA LEHNET OLSUN.LUKAWENKO CANI

Son yazılar