Ərdoğan dünyanın 6 aparıcı dövlətinin rəhbərinə məktub yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın aparıcı dövlətlərinin rəhbərlərini Yeni illə əlaqədar təbrik edib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məktublar ABŞ prezidenti Donald Trampa, Rusiya prezidenti Vladimir Putinə, Britaniya baş naziri Tereza Meyə, Fransa prezidenti Emmanuel Makrona, Çin rəhbəri Si Szinpinə və Hindistan baş naziri Narendra Modiyə göndərilib.

Trampa göndərdiyi məktubda Ərdoğan ona “dəyərli dostum” deyə müraciət edib. O, bundan sonra iki ölkə arasında strateji ortaqlığı və iş birliyini lazımi səviyyəyə çıxaracaqlarına əmin olduğunu deyib.

Putinə müraciətində Ərdoğan gələn il ikitərəfli münasibətlərin daha da güclənəcəyinə ümid etdiyini bildirib.

Britaniyaya göndərdiyi məktubda isə Ərdoğan türk-ingilis iş birliyinin Avropa qitəsi və dünyada sülhə və stabilliyə dəstək verməyə davam etdiyini xatırladıb.

Ərdoğan Çin lideri Si Szinpinə göndərdiyi məktubda da ona “dəyərli dostum” deyə müraciət edib. O, Szinpini 2019-cu ildə Türkiyəyə dəvət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar