“Qazprom” Yerevana satacağı qazın yeni qiymətini açıqladı

2019-cu ildə Ermənistana satılacaq Rusiya qazının qiyməti 165 dollar olacaq.

Virtualaz.org bildirir ki, bu barədə “Qazprom”un mətbuat xidməti şirkətin rəhbəri Aleksey Miller və Ermənistan baş naziri müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Mqer Qriqoryanın görüşündən sonra məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Ermənistana satılan Rusiya qazının qiyməti 150 dollar olub. Yerevan qazın qiymətini gələn il üçün 140 dollara qədər azaltmağı planlaşdırırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar