Birinci vitse-prezident DTX-nın hərbi hissəsində bayram tədbirnə qatılıb - FOTOLAR

Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar