Bloqer Mehman Hüseynov üçün həkim çağırıldı

"Cəzaçəkmə müəssisəsində saxlanılan bloqer Mehman Hüseynov Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb". Bunu “Turan”a vəkil Şəhla Hümbətova M.Hüseynovun qardaşı, mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynova istinadən deyib.

Vəkil vurğulayıb ki, qardaşının sözlərinə görə, dekabrın 30-u M.Hüseynovun səhhəti ilə bağlı həkim çağırılıb, ona iynələr vurulub: "Bayram günləridir deyə, cəzaçəkmə müəssisəsinə buraxılış yoxdur. Ona görə də vurulan iynələrin nə iynələr olduğunu bayramdan sonra yanına getdikdə öyrənə biləcəyəm”.

Qeyd edək ki, bloqerin təcridxanaya köçürülməsi ona qarşı qaldırılmış yeni cinayət işinin istintaqı ilə bağlıdır.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis idarəsinin rəisinin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

26 dekabrda ona qarşı koloniya əməkdaşını döyməklə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov buna etiraz olaraq müddətsiz aclıq elan edib.

635x100

Şərhlər

Millet 2019-01-01 00:09:15

Mehman bey seni Allah sevir ve senin geleceyin işıglıdır amma bunları Allah sevmir yerleri cehenem olacaq

T.Safarov 2019-01-01 00:09:15

....Genc ve talantli balamizi uzun muddet hebsxada saxlamaq tapsirigi verilib ......Lenet olsun.

ABDULQADIR 2019-01-01 00:09:15

MEHMAN HÜSEYNLI,RÜFET SEFERLI,ILKIN RÜSTEMZADEYE VE GUNAHSIZ HEBS OLUNMUSHLARA AZADLIQ.

Son yazılar