Türkiyədə çox sayda terrorçu həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin bir sıra şəhər və rayonlarında antiterror əməliyyatı keçiriblər. Nəticədə İzmirdə 10, Konyada 5, Elazığda 5 nəfər İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs olunub. Saxlanılanlardan ikisi türkiyəli, qalanları Suriya vətəndaşıdır. İzmirdəki əməliyyatda axtarış keçirilən ünvanlardan çox sayda sarı jilet aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, Kocaelidə də İŞİD terrorçu qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib. İŞİD üzvü olmaqda ittiham edilən Suriya əsilli 3 nəfər saxlanılıb. Onlardan biri terror təşkilatı üçün bomba düzəldən mütəxəssis kimi axtarışda olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar