Cəlilabadda XIV-XV əsrlərə aid baş daşı tapılı

Cəlilabad rayonunda XIV-XV əsrlərə aid olması ehtimal edilən baş daşı tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, tapıntını yerli tarixçi Rza Rzayev rayonun Aqqaş kənd qəbirstanlığı ərazisində aşkar edib.

Tarixçinin sözlərinə görə, baş daşı orta əsrə aiddir və sufilərə məxsusdur. O, həmçinin qeyd edib ki, Aqqaş kəndinin tarixi 3 min ilə yaxındır.

Qeyd edək ki, tapıntı ilə bağlı AMEA-ya müraciət ediləcək.

Xatırladaq ki, daha əvvəl Cəlilabadda qədim dövrə aid olduğu ehtimal edilən daş kitabənin bir hissəsi tapılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar