ABŞ Moskvada saxlanılan vətəndaşının geri qaytarılmasını tələb edib

ABŞ casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edir."Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib.

O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir.

Rusiya Federal Təhlükəsizlik Xidməti ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar