Bərdədə maşın elektrik dirəyinə dəyib, yaralılar var - FOTO

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Meşəçilik İnstitutu adlanan ərazidə qeydə alınıb.

BMW markalı avtomobil idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib. Nəticədə avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı "təcili yardım" avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Deformasiyaya uğramış avtomobildən xəsarət alan şəxslər çıxarılıb.

Qəza nəticəsində elektrik dirəyi yarasız vəziyyətə düşdüyündən qəsəbəyə verilən elektrik enerjisi dayandırılıb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Hacıqabulda avtomobil sement daşıyan maşına çırpılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar