UEFA 2019-cu ildə ulduz statusu ala biləcək futbolçuların siyahısını açıqlayıb

UEFA 2019-cu ildə ulduz statusu ala biləcək gənc futbolçuların siyahısını açıqlayıb.“Report” xəbər verir ki, “50-lik”də Türkiyə millsinin iki oyunçusu da var. Bunlar “Alanyaspor”un formasını geyinən 20 yaşlı Merih Demiral və “Qalatasaray”da çıxış edən 18 yaşlı Ozan Kabakdır.

Hər iki futbolçu mərkəz müdafiəçisidir.

Siyahıya Moskva MOİK-nin iki üzvü - yarımmüdafiəçi İlzat Axmetov və hücumçu Fyodr Çalov düşüb. Gürcüstan millisinin və Belçikanın “Gent” klubunun hücumameyilli yarımmüdafiəçisi Georgi Çakvetadze də “50-lik”də yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar