"ABŞ Avropa Birliyinin İranla ticarət siyasətini müəyyən edə bilməz" - Federika Mogerini

“ABŞ Avropaya öz siyasətini diktə edə bilməz”.Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Mogerini söyləyib.

AB rəsmisi Birliyin Vaşinqtona İranla ticarət siyasətini müəyyən etməsinə imkan verməyəcəyini qeyd edib.

“Biz, 28 üzv dövlətin ittifaqı olaraq Dünya birliyinin qalan hissəsi ilə bir yerdə İranla imzalanan və Beynəlxalq atom enerjisi üzrə agentlik tərəfindən verilən 13 hesabat üzrə böyük həcmdə yerinə yetirildiyi təsdiq edilən sazişi qoruyub saxlamaq üzərinə çalışırıq”, - deyə Mogerini bildirib.

Avropa Birliyinin baş diplomatının sözlərinə görə, bu işin içində İranla qanuni yolla çalışmaq istəyən şirkətlərə təminat verilməsi məsələsi də var.

“Biz avropalılar, bizimlə hətta yaxın və müttəfiq olsa belə xarici bir ölkənin başqa bir dövlətlə qanuni ticarəti barədə qərar qəbul etməsi ilə razılaşa bilmərik. Bu suverenliyin əsas elementini təşkil edir və belə bir mövqe həm Avropa, həm də digər dünya ölkələri tərəfindən paylaşılır”, - deyə Mogerini sonda qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar