Burkina-Fasoda silahlı insident nəticəsində 13 nəfər öldürülüb

Burkina-Fasonun şimalında silahlı hücum nəticəsində 13 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli "Faso" portalı yazıb.

Bildirilir ki, hadisə yanvarın 1-də qeydə alınıb. Naməlum şəxslər 6 nəfəri qətlə yetiriblər. Onların arasında kənd rəhbəri və onun oğlu da olub. Yerli sakinlər buna cavab olaraq Fulbe xalqının 7 təmsilçisini qətlə yetiriblər.

Qeyd olunur ki, hadisədən sonra əraziyə vəziyyəti sabitləşdirmək üçün təhlükəsizlik qüvvələri cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar