“QARABAĞDA MÜHARİBƏ HÖKMƏN BAŞLAYACAQ...” - Rusiyalı ekspert

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi hökmən nə vaxtsa baş verəcək, amma nə vaxt baş verəcək, bunu əvvəlcədən demək çox mürəkkəbdir.

Virtualaz.org xəbər verir ki, bu qənaətlə rusiyalı hərbi ekspert, hərbi və siyasi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin erməni KİV-lərinə açıqlamasında çıxış edib.

Xramçixinə görə bu bir sıra amillərdən asılıdır, həm xarici, həm daxili amillərdən. Məsələn, Ermənistanla Rusiya arasındakı münasibətlərdən. Ekspert bu münasibətlərdə “mötədil böhran” hökm sürdüyünü və Kremlin Ermənistanın indiki hakimiyyətinə münasibətinin yaxşı olmadığını deyir. Onun fikrincə, Bakı üçün əlverişlidir ki, Ermənistanda hər şey qaydasında olmasın. Lakin hərbi əməliyyatların, əsl müharibənin başlanmasına dair qərar verməl üçün həddən artıq məsələlər həllini tapmalıdır. Çünki Bakı növbəti dəfə uduzmağı özünə rəva görə bilməz.

“Mən 2016-cı ildəki həmin mini-müharibəni nəzərə almıram. Ona görə də Bakı nəhayət qərar vermək üçün çox ciddi düşünüb-daşınacaq”-Xramçixin deyib.

635x100

Şərhlər

EJDER 2019-01-03 08:37:11

LAZIM GELSE,OLAJAQ...AMMA CETIN LAZIM TAPILSIN

elvin 2019-01-03 08:37:11

Bu ermeniye xox gelmekden başqa bir şey deyil

Son yazılar