LEYLA ŞIXLİNSKAYA KLİNİKASINI SATDI - Klinika "Referans Qrup"a keçdi

Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq klinikaya yeni direktor da təyin edilib. Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq edib.

Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya ilə bu məbləğlə razılaşmayıb.

"AzPolitika.info" xatırladır ki, bundan əlavə, klinikada vergidən yayınma hallarının olduğuna dair də istintaq aparılıb. Belə ki,  “Leyla Şıxlinskaya” klinikasında aparılan yoxlamalar zamanı müəssisənin 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Faktla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, Şıxlinskayanın şikayətinə əsasən həbs olunan Şəhla Abbasovanın da 1 milyon manata yaxın vəsaiti məhz klinikanın “qara kassasından” oğurladığı iddia olunurdu.

***

Medicina.az məsələni dəqiqləşdirmək üçün Leyla Şıxlinskaya klinikası ilə əlaqə saxlayıb. Xəstəxanadan saytımızın sorğusuna cavab olaraq bildiriblər ki, klinika "Referans Qrup”un rəhbərliyi altında fəaliyyətini davam etdirir. 

O da qeyd edilib ki, klinikanın direktoru və baş həkimi də dəyişməyib. Hazırda klinikanın direktoru Rafiq Dəmirçalov, baş həkim isə Samirə Tağıyevadır.

***

Leyla Şıxlinskaya klinikasındakı mənbə virtualaz.org-a bildirib ki,  klinikada yeni il bayramı təşkil edilib və orada Leyla Şıxlinskaya, baş həkim Samirə Tağıyeva iştirak ediblər. Bayram mərasimi başa çatdıqdan sonra toplaşanlara klinikanın "Referans Qrup" şirkətinin idarəçiliyi altına keçdiyi haqda məlumat verilib.

635x100

Şərhlər

Cəbrayıl.qacqlnl 2019-01-03 23:31:02

Bunu.su. qiymetne.demir. yol.reisi..... cavid.qurbanov.aldl.xeyrini.görmesin

vızz 2019-01-03 23:31:02

"O Yazığa" ərizə yazdırdılar ki, proşu Vas uvolit menya u Vas! P.S. Dünyanın başının qarışıq vaztında o ..... da başını başlara qatmaq istəyirdi. "Zülümov dedi qurtardı"!!

vızz 2019-01-03 23:31:02

"O Yazığa" ərizə yazdırdılar ki, proşu Vas uvolit menya u Vas! P.S. Dünyanın başının qarışıq vaztında o ..... da başını başlara qatmaq istəyirdi. "Zülümov dedi qurtardı"!!

seymur 2019-01-03 23:31:02

Satib, alanda Cavid Qurbanovun shirketidi. o ki qaldi onun erine Andrey Loqinov Kreml Prezidentin Administrasiyasinin rehperi olub

EJDERE 2019-01-03 23:31:02

Zaten o,Rusiya vetendawidir.Kecmiw eri de Rusiyanin sehiyye naziri olub.

Pisi 2019-01-03 23:31:02

Satmadi sadece elinnen aldilar

EJDER 2019-01-03 23:31:02

SATDI,HA HA HA .SABAH LEYLANIN SESI XARICDEN GELECEK.KIM BILIR BU REFERANS KIME MEXSUSDU.HESAB EDIREM KI,BU LEYLA XANIM COX YAXWI INKIWAF ETMIWDI,LUKAWENKO CANI.BURA AZERBAYCANDI

Son yazılar