«Rublun, demək olar, artım perspektivi yoxdur» - Analitik

Yeni ildə Rusiya milli valyutasının əhəmiyyətli dərəcədə möhkəmlənmək perspektivi yoxdur. «AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu fikiri «Grand Capital» analitik şöbəsinin rəhbəri Sergey Kozlovski bildirib.

Onun sölərinə görə, ötən il ərzində «qiymətlərin neftə və rubl cütlüyünə müəyyən raskorrelyasiyasını müşahidə etməli olduq». Sanksiyaların Rusiya Bankına təzyiqi və Bankın fəaliyyəti, o cümlədən, il ərzində həyata keçirilən qeyri-verbal intervensiya, büdcə qaydaları, onun əsasında neftin bütün artıq gəlirlərinin dövriyyədən çıxarılması ona gətirib çıxardıb ki, ilk 9 ay ərzində dəfələrlə neftin qrafiki və rublun kursu əks istiqamtdərdə hərəkət edib» - deyə, ekspertin şərhində bildirilir.

Onun nəzərincə, 2019-cu ildə rublun artmaq perspektivi praktiki olaraq, yoxdur.

Kozlovski proqnoz edir ki, 2019-cu ilin birinci yarısı ərzində rubl əsas valyutaların təzyiqi altında qalacaq. Hətta neftə də drayver qismində baxmaq olmaz. Bu, təkcə yuxarıda göstərilən rubl və neft qiymətləri qrafikinin raskorrelyasiyası ilə bağlı deyil, həm də artım perspektivinin olmaması ilə bağlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar