Navas "Real" ilə müqaviləsinin müddətini uzadıb

Madrid "Real"ının qapıçısı Keylor Navas 2021-ci ilin iyununa qədər klubla müqaviləsini uzadıb.

"Report" "Marca" nəşrinə istinadla xəbər verir ki, yeni müqaviləyə görə 32 yaşlı qapıçı ilinə 5 milyon avro alacaq.

Tibo Kurtuanın ötən ilin yayında "Çelsi"dən (London) "Real"a keçidindən sonra Navas komandanın əsas heyətindəki yerini itirib. Santyaqo Solarinin "qaymaqlar"ın baş məşqçi postuna gəlişindən sonra Keylorun oyun dəqiqələri daha da azalıb.

Navas cari mövsümdə Çempionlar Liqasının üç matçında, həmçinin İspaniya Primerosu və Kubokunda isə iki oyun keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar