MÜƏLLİMLƏRİN İMTAHANLARDAKI BİABIRÇI NƏTİCƏLƏRİ AÇIQLANDI - Təhsil Nazirliyi cavab verdi

"Riyazıyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb".

"AzPolitika.info"nun məlumatına görə, bunları iqtisadçı-ekspert Qubad İbadoğlu öz "facebook" səhifəsindən paylaşdığı yazıda bildirib.

Q.İbadoğlu bir neçə gün əvvəl Təhsil Nazirliyinin riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından keçirdiyi imtahanın biabırçı nəticələrinə diqqəti yönəldib: "Bir neçə gün əvvəl Təhsil Nazirliyi azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Imtahanın nəticələri belə olub:

Biologiya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -51 faiz.

İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edilən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 51 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90 faiz olub.

İnformatika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -10 faiz.

İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edilən 20 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 10 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83 faiz olub.

Fizika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar - 6 faiz.

İmtahanda iştirak edən 180 nəfərdən 11-i təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 6 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici 95 olub.

Kimya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -5 faiz.

İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edilən 30 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 5 faizi təqdim edilən sualların yarısından çoxunu cavablandırıb və ən yüksək göstərici isə 62 faiz olub.

Riyaziyyat fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar - 1 faiz.

İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 1 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63 faiz olub.

Görəsən, bu müəllimlərin dərs verdiyi şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getməzsə onların arasında keçirilən testin nəticələri necə olardı?"

Orta məktəb müəllimlərinin imtahanlarda zəif nəticə göstərməsi ilə bağlı ekspertin fikirlərinə Təhsil Nazirliyi münasibət bildirib.

Nazirlikdən bildirilib ki, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqamətində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir.

“Ancaq təəssüf ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir”- deyə Təhsil Nazirliyindən qeyd olunub.

635x100

Şərhlər

Kərəm 2019-01-04 10:47:22

Təhsildə ağılsız eksperimentlər belə də nəticələr verməlidir!....Düşünən olsa ki, təhsil ölkənin gələcəyini.rifahını,gücünü təşkil edir.o zaman bununla ciddi məşğul olmaq bacarığı olan kadrlar təyin olunar.Sovet təhsilinə həsəd aparmaıq zorunda qalmışıq. Belə müəllimlər hazırlamaqla və gəncləri belələrinə tapşırmaqla biz hara gedirik?

ARİF 2019-01-04 10:47:22

TƏHSİLİMİZİ ÖLÜ NÖQTƏDƏN ÇIXARMAĞIN VAXTI ÇATIBDIR.

BAZARDA NECƏ ELM OLA BİLƏR? 2019-01-04 10:47:22

VƏ YAXUD BİZ BU YOLLA HARA GEDİRİK!??

Son yazılar