Bakıda ofisdən 3000 manat oğurlayan şəxsin məhkəməsi başlayır

Bakıda ofisdən 3000 manat oğurlamaqda təqsirləndirilən Vadim Sedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb."Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüqar Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il avqustun 1-də Nərimanov rayon ərazisində baş verib. Rəsmi məlumata əsasən, V.Sedov rayon ərazisindəki ofislərin birindən 3000 manat və mobil telefon oğurlayıb.

Nərimanov rayon Polis idarəsi 16-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Sedov saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar