“MÜƏLLİM ÜÇÜN ÇƏTİN TEST TAPŞIRIĞI ANLAYIŞI OLMAMALIDIR” – Ekspert biabırçı imtahan haqda

“Bütün hallarda, müəllim üçün asan və çətin test tapşırıqları anlayışı olmamaldır. O, fənnini dərindən bilməli, daim öz üzərində işləməli və təkmilləşməyə meylli olmalıdır”.

Bu fikirlər tanınmış təhsil eksperti Etibar Əliyevin Təhsil Nazirliyinin bir qrup müəllim üçün keçirdiyi imtahanın biabırçı nəticələri ilə bağlı yazısındandır.

“AzPolitika.info” E.Əliyevin “Facebook”da paylaşdığı “Olimpiada burulğanı” adlı yazısını təqdim edir: “Bir neçə gün əvvəl Təhsil Nazirliyi Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Nəticələrin acınacaqlı olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub:

Belə ki;

Biologiya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib - 221 müəllim) - 51 faiz.

İnformatika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib - 129 müəllim) - 10 faiz.

Fizika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib - 180 müəllim) – 6 faiz.

Kimya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib - 201 müəllim) - 5 faiz.

Riyaziyyat fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib - 405 müəllim) – 1 faiz.

Təhsil Nazirliyinin narazılıqlara münasibəti belə olub: “Təəssüf ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır”.

Bu münasibətə qismən haqq qazandırmaq olar. Lakin seçilmiş müəllimlərin imtahanlardakı nəticələri düşünmək üçün xeyli əsas verir. Səbəblər çoxdur:

- Ali məktəblərdə adları çəkilən fənlərin tədrisinin keyfiyyəti aşağı səviyyədədir. Ötən əsrin 80-90-cı illərinin dərsliklərindən istifadə edilir;

- Müəllimlər ali məktəbdən ayrıldıqdan sonra yalnız test tapşırıqları ilə məşğul olurlar, ixtisasları üzrə yeni ədəbiyyatlarla tanış olmurlar, başqa sözlə, fənlərinə yaradıcı yanaşmırlar;

- Xarici dildə ədəbiyyatlardan istifadə aşağı səviyyədədir;

- Müəllimlərin təkmilləşdirilməsi işi formal xarakter daşıyır;

- Fənn Olimpiadaları üzrə dərslik və dərs vəsaitləri yox səviyyəsindədir. Ən azında türk dilində çap olunmuş ədəbiyyatlardan istifadə olunmalıdır.

Gender faktorunu da bura əlavə edəkmi?

Həqiqət xatirinə onu deyim ki, biz ali məktəbdə oxuyan zaman fizika, riyaziyyat, kimya, informatika fənlərini tədris edən qadın müəllimə rast gəlmədik. Kişilərin məktəbi tərk etməsinin də bu prosesə ciddi təsiri var. Başqa bir dərdimizə diqqət edin: 3 mindən çox saxta diplomlu müəllim məktəbdən kənarlaşdırılıb. Orta məktəblərin İKT təminatına ayrılan 30 milyon manat vəsait göyə sovrulub.

Bütün hallarda, müəllim üçün asan və çətin test tapşırıqları anlayışı olmamaldır. O, fənnini dərindən bilməli, daim öz üzərində işləməli və təkmilləşməyə meylli olmalıdır. Diaqnostik qiymətləndirmə müəllimlərin imtahana yolunu açdı. Lakin bu həm də onlarda xeyli arxayınçılıq yaratdı. Biz də Beynəlxalq Olimpiadalara hazırlıq proqramının çətinliyini bilirik. Lakin başqa yolumuz da yoxdur. Bir misal çəkim: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi "Şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir. Böyük Britaniyanın Təhsil naziri pedaqoji təcrübəni bölüşmək məqsədilə çinli həmkarlarına müraciət etmişdir. İngilis məktəblərinə Şanxaydan 60 müəllim dəvət olunub. Məqsəd Britaniya məktəblilərinin riyaziyyat biliklərini və müəllimlərin pedaqoji təcrübəsini artırmağa xidmət edir. Çində müəllim və şagirdlər üçün olimpiada düşərgələri fəaliyyət göstərir.

2016-cı ildə Rusiyada “İlin müəllimi” seçilmiş Aleksandr Şaqalov müəllimləri aşağıdakı qrupa bölür:

Ortabab müəllim - şərh edir;

Yaxşı müəllim - izah edir;

Görkəmli müəllim - göstərir;

Böyük müəllim - ilham verir, ruhlandırır.

Bizə 4-cü tip müəllim lazımdır. Bunun üzərində baş sındırmaq lazımdır.

Şagirdi ruhlandıran müəllim..."

635x100

Şərhlər

rayonlu müəllim 2019-01-04 22:06:45

Hörmətli ekspert yuxarıdan baxır, çox şeyləri dumanlı olduğu üçün görmür. Mən neçə illər əvvəl ali məktəbi bitirdim, kənddə işləyirəm. Yeni təlim metodlarını da mənimsəmişəm, İKT-dən də istifadə edirəm.Böyük zəhmətlə yetişdirdiyim şagirdlərin nailiyyət göstəriciləri həm qəbulda, həm də olimpiadada yüksəkdir. Lakin mən nə maaş alıram? Özüm bir yana, həyat yoldaşım və övladım xəstələndikdə maaşım çekap müayinəsinə yetmir. Biz lazımınca qidalanmırıq, cənab ekspert! Allah və vicdan naminə çalışıram.

безымянный 2019-01-04 22:06:45

господин эксперт не отметил основные причины 1. уровень зарплаты учителей и педагогов УЗ ниже плинтуса, 2.коррупция не только в УЗ но и во всех сферах страны,можно перечислить другие причины которые известны всем

AAgahuseyn 2019-01-04 22:06:45

BÖYK Müəllim-ƏLƏŞRƏF NİFTİYEV mənə 10-11-ci sinifdə rus dilindən dərs deyib.Dər dediyi şağirdlərdən cəmi 1-il yaşda böyük idi.İndidə biz onu unutmuruq hal hazırda MASALLIDA yaşayır təqaütdədir.Şaöirddən istədiyi cavabı almayana qədər rahat olmurdu.Məhz buna görə hamı onun dərsinə xüsusi hazırlaşırdı.Hər təhsil müəssəsində bir-necə belə müəllim olsa hec bir hazırlıq kursu lazım deyil.İNDİKİ müəllimlər dərsə istirahət ücün ğəlir və şağirdlərə deyir kimin testi var hazırlaşsın sakit olun yuxusuzam.BUDA MÜƏLLİM

BAZARDA NECƏ ELM OLA BİLƏR? 2019-01-04 22:06:45

... VƏ YAXUD BİZ BU YOLLA HARA GEDİRİK!??

Böyük müəllim – ilham verir, ruhlandırır. 2019-01-04 22:06:45

BİR ÇOXLARININ VƏ Mənim sevimli UNUDULMAZ BÖYÜK MÜƏLLİMİM dosent SKOPENKO VLADIMIR YAKOVLEVIÇ- 1992-96-CI İLLƏRDƏ BAKI ALİ HƏRBİ DƏNİZÇİLİK MƏKTƏBİNDƏ "HƏRBİ PSİXOLOGİYA VƏ PEDAQOQİKA" FƏNNİİ ÜZRƏ DƏRS DEMİŞ AKADEMİKLƏRDƏ DAHA DƏRİN ELMİ-FƏLSƏFİ BİLİYƏ VƏ YÜKSƏK İNTELLEKTUAL İNSANPƏRVƏRLİYƏ MALİK BİR HƏQQ!!!

Alı 2019-01-04 22:06:45

Təhsil sistemində nə fırladırlar baş açmaq mümkün deyil.

memmed 2019-01-04 22:06:45

Muellim ucun qaranliq olan sagird ucun zulmetduir...

ARİF 2019-01-04 22:06:45

HAZIRLIQ KURSLARI OLMASA UNİVERSİTETLƏR BOŞ QALAR.

Son yazılar