"Ekspress" qəzeti fəaliyyətini dayandırıb - KİVDF-dən 30 min manat almışdı

1995-ci ildən nəşr olunan "Ekspress" qəzeti fəaliyyətini dayandırıb. Bu barədə istiqlal.az-a qəzetdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, qəzetin nəşrinin dayandırılması qəfil və gözlənilməz olub. Qəzet KİVDF-nin dəstəyi ilə çap olunurdu. Elə 2019-cu ilin birinci rübündə də qəzet fondun maliyyə yardımı müsabiqəsinin qalibi olub - ilin ilk 3 ayı üçün qəzetə 30 min manat yardım ayrılıb. Bununla belə, qəzetin sponsoru, ölkənin nəhəng holdinqlərindən biri olan "Nurgün” Şirkətlər Qrupu qocaman media təsisatının qapadılması ilə bağlı qərar qəbul edib.

Mənbənin məlumatına görə, şirkətin bu qərarı tamamilə qanunsuzdur və hüquqa ziddir: "Çünki qəzetin qapadılması haqda qərar 2 ay öncə kollektivə rəsmi şəkildə elan edilməli və hər bir işçiyə 6 aylıq təzminat ödənilməliydi. Ancaq şirkət qəfil qərar edib və Əmək Məcəlləsini kobud şəkildə pozub. Biz məsələnin hüquqi həllinə çalışacağıq. Əmək Müfəttişliyinə, ardınca isə məhkəməyə müraciət edəcəyik. 20 nəfərin taleyi ilə bu formada oynamaq olmaz. Eyni zamanda jurnalistlərin dostu olan Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət olunacaq. Başqa etiraz aksiyaları da planlaşdırılır".

635x100

Şərhlər

məmmədqulu 2019-01-04 22:34:43

Əsas söhbət molla demişkən yorğan üstündə idi. Aldı və getdi.

miri 2019-01-04 22:34:43

Bu cür xəbərlərin yayılması çox yararlıdır. "Ölü vəya diri olduğu bilinməyən" lər yada düşür.

Son yazılar