Qazaxıstanda ermənilərdən intiqam almaq üçün “Bakı” kafesinə hücum etdilər - VİDEO

Qazaxıstanın Semey şəhərində bir qrup yerli sakin azərbaycanlılara məxsus “Bakı” kafesini yağmalamaq qərarına gəlib və iaşə obyektinin işçilərini Karaqandada öldürülən qazaxın intiqamı anlamında ölümlə hədələyiblər.

Xatırladaq ki, Qazaxıstanda üç erməni Karaqanda şəhərində restoranın yaxınlığında 23 yaşlı gəncin ölümündə ittiham olunurlar. Karaqanda vilayətinin polis departamenti şübhəlilərin fotoşəkillərini və anket məlumatlarını yayıb. Yerli məhkəmə onlarn həbsi barədə qərar qəbul edib.

Karaqanda prokurorluğunda kütləvi davanın millətlərarası ədavətdən yaranmadığını bildiriblər və yalan məlumatlara inanmamağa çağırıbar.

Qazaxıstanlı politoloq Arsen Sarsekov öz bloqunda yazıb ki, “kifayət qədər yaşlı kişilər Semeydə azərbaycanlıların “Bakı” kafesinə gələrək qazaxı öldürmüş ermənilərə görə haqq-hesab çəkmək istəyiblər. Oradan isə Azərbaycanın bayrağı asılıb.

Bu adamlar hələ bilmirlər ki, Bakı Azərbaycanın – Ermənistanın düşməninin paytaxtıdır. Azərbaycan bayrağının erməni bayrağından nə ilə seçilməsindən də xəbərləri yoxdur. Din barəsində isə heç danışmağa dəyməz...”

Diqqət! Təqdim olunan videoda senzuradan kənar ifadələr işlənir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar