Kaliforniyalı konqresmen Trampın impiçmenti prosedurunu işə salmağa hazırlaşır - «Los Angeles Times»

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Kaliforniya ştatından (ABŞ) olan demokrat-konqresmen Bred Şerman Konqresin ilk iş günündə Nümayəndələr Palatasına Donald Trampın impiçmenti barədə qənamə layihəsi təqdim etmək niyyətindədir.

Şerman «Los Angeles Times» qəzetinə bəyan edib ki, bunun üçün əsas kimi, FTB-nun sabiq başçısı Ceyms Kominin işdən çıxması zamanı Trampın məhkəmələrə əngəllər yaratmasını önə çəkir.

«Konqresin bu məsələyə (impiçment məsələsinə - red.) baxmaması üçün heç bir səbəb yoxdur. Donald Tramp hər gün göstərir ki, onun Ağ Evdən getməsi ölkənin xeyrinə olacaq».

Şerman həm də qeyd edib ki, onun patiya yoldaşları üçün Nümayəndələr Palatasında bu qətnamənin baxılmağa təqdim olunması heç bir problem yaratmayacaq. Buna baxmayaraq, partiyanın liderləri bu mövqedədirlər ki, diqqəti qanun yaradıcılığına və administrasiyanın fəaliyyəti üzərində nəzarətə cəmləşdirmək lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar