Xərçəng xəstəliyi ilə bağlı yeni cihaz sınaqdan keçirilir

Dərc olunub: 05/01/2019 - 00:12

b84277bf57345b6bf3af437705b4a2b7Xərçəng xəstəliyi ilə bağlı öncədən dəqiq diaqnoz qoymaq mümkün olacaq. Modern.az xəbər verir ki, Böyük Britaniyanın Kembric Universitetində hazırlanan və xərçəng xəstəliyinə nəfəsdəki molekulların təhlili vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilməyə başlanılıb.

Məlumata görə, tədqiqatçılar cihazdan ilk mərhələdə mədə və qida borusu xərçənginin diaqnozunda istifadə etməyi nəzərdə tutublar. Daha sonra onun prostat, böyrək, qaraciyər və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün sınanması planlaşdırılıb.

Alimlər cihazın xərçəngin erkən mərhələdə aşkarlanmasına və xəstələrin yaşama şanslarını artıracağına kömək edəcəyini deyiblər.

Qeyd edək ki, cihaz İngiltərədə 1500 nəfər üzərində sınaqdan keçiriləcək.








loading...


Fikrinizi bildirin