Tramp demokratların onun impiçmentinə çalışmalarının səbəbini açıqlayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar onun impiçmentinə ancaq 2020-ci ildə keçiriləcək seçkilərə görə - "hansılar ki, onlar qalib gəlməyəcək" - nail olmağa çalışırlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün "Twitter"dəki səhifəsində yazıb.

"Onlar impiçmentə nail olmaq istəyirlər. Çünki bilirlər ki, 2020-ci ildə qalib gələ bilməyəcəklər, çox böyük uğurdur!", - deyə Tramp yazıb.

Dövlət başçısı həmçinin özünü nəzərdə tutaraq, "bütün zaman ərzində, bəlkə də ən böyük seçkiləri udan, pis bir şey etməyən prezident"in impiçment ehtimalını şübhə altına alıb.

Daha əvvəl Demokratlar Partiyasının Konqresin Nümayəndələr Palatasındakı qrupunun lideri Nensi Pelosi bildirib ki, Trampın impiçmenti istisna olunmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar