«ABŞ qoşunları Suriyadan çıxartmağa başlayıb» - Mayk Pompeo

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo prezident Donald Trampın sərəncamı əsasında ABŞ hərbçilərinin Suriyadan çıxarılmağa başlandığını təsdiqləyib.

«Newsmax» telekanalına müsahibəsində Pompeo qoşunların çıxarılmasının dəqiq müddəti barədəki suala cavab verməyib - guya, «ABŞ-ın rəqiblri» bundan xəbər tutmasınlar deyə.

Dövlət katibi bəyan edib ki, hətta Suriyadan getməsindən sonra da ABŞ «İslam dövləti» qruplaşması və İranın təsiri ilə mübarizəni davam etdirəcək və bölgədə sabitliyi təmin edəcək.

«Prezident aydın şəkildə bildirdi ki, biz, «İD» ilə mübarizə kampaniyasını davam etdirməliyik və Yaxın Şərqdə sabitliyin yaradılması üçün nələri isə etdiyimizə zəmanət verməliyik. İrana qarşı kampaniya davam edir. Biz, bütün bunları edəcəyik» - Pompeo bildirib.

Dövlət katibi eyni zamanda, Suriya ərazisində kürdlərin hüquqlarının pozulmasına və onların Türkiyə ordusu ilə toqquşmasına yol verməməyə çağırış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar