Tramp ABŞ-ın dövlət borcunu azalda bilmədi! - Amma söz vermişdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Donald Trampın iki illik prezidentliyi dövründə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət borcu onun vədlərinə rəğmən, 2 trilyon dollar artıb.

«CNN» kanalının xəbər verdiyi kimi, Birləşmiş Ştatlar 2019-cu ilə 21,9 trilyon dollarlıq dövlət borcu ilə qədəm qoyub ki, bu da eks-prezident Barak Obama dövrü ilə müqayisədə 10 faiz çoxdur.

ABŞ maliyyə nazirliyi qeyd edir ki, dövlət borcunun artmasının səbəblərindən biri də Trampın dövründə başlanmış (2017-ci ilin sonu) vergi islahatıdır.

Dövlət borcunun indiki səviyyəsi ölkə üçün 1950-ci ildən üzübəri ən yüksək həddir və ümumi daxili məhsulun (ÜDM) 78 faizini təşkil edir.

Xatırladaq ki, seçki kampaniyası dövründə Tramp ölkənin nəhəng milli borc problemini iki prezidentlik dövrü ərzində həll edəcəyinə söz verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar